Video məsləhət

Məişət Zorakılığı

Cəmiyyətimizdə ailə münasibətlərində məişət zorakılığı artmaqda davam edir. Bu mənfi halın aradan qaldırılması, ailə münasibətlərində qadın və kişi bərabərliyinin təmin edilməsi,gələcəyimiz olan uşaqların sağlam mühitdə tərbiyə olunması üçün mübarizə aparmalı, hüquqlarımızı qorumalıyıq. "Məişət Zorakılığı" adlı video məsləhətin əsas məqsədi insanları "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tanış etməkdir.

Ardını oxu...
 

Kredit Mübahisəsi

İqtisadi münasibətlər inkişaf etdikcə, sosial ehtiyaclar artdıqca insanların banklardan kredit alma tələbatı artmaqdadır. Banklardan kredit götürən insanlar hər bir zaman zəif tərəf olaraq qalmaqdadır. Bundan istifadə edən banklar bəzən insanların hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlər edir, kredit mübahisələrində hər zaman haqlı tərəf kimi görünməyə çalışırlar. "Kredit Mübahisəsi" adlı video məsləhətin əsas məqsədi insanlara hansı hüquqlara malik olduğunu, banklardan kredit götürərkən nələrə diqqət yetirməli olduqlarını, kredit mübahisələrini necə həll edə biləcəklərini və hüquqlarını hansı yollarla müdafiə etməli olduğunu göstərməkdir.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

Ardını oxu...
 

Mənzil Hüququm

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edirAilədə ər arvad arasında, valideyn, övlad və gəlin arasındakı münasibətlərində ən çox qarşılaşdığımız problemlərdən biri mənzilə yaşayış hüququnun əldə edilməsi, yaşayış yerinə qeydiyyat və s. bu kimi problemlərdir. Sovet dövründən qalan "qeydiyyat" problemi bir çox ailələrdə böyük fəsadlara səbəb olur. "Mənzil hüququm" adlı video məsləhətin əsas məqsədi vətəndaşlara mənzil hüquqlarını, yaşayış yerinə qeydiyyatı və yaşayış hüququnu aşılmamaq və bu hüquqların bərpa olunma yolunu göstərməkdir.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir

Ardını oxu...
 

Mənim Prosessual Hüquqlarım

İnsan hüquqlarının ən çox pozulduğu yerlərdən biri də mülki məhkəmələrdir. Maddi hüquqla yanaşı prosessual hüquqlarını bilməyən insanların mülkiyyət hüququ pozulur və bununla da vətəndaş torpaq sahəsindən, evindən, yaşayış hüququndan, gəlirindən və s. məhrum olur. Bunun əsas səbəbi mülki məhkəmələrdə vətəndaşların hüquqşünasın və ya vəkilin köməyindən istifadə etməmələri və prosessual hüquqlarını bilməməsindən irəli gəlir. "Mənim prosessual hüquqlarım" adlı video məsləhətin əsas məqsədi mülki prosessual hüquqlarının hansılar olduğunu və tətbiq edilməsi yolunu göstərməkdir.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

Ardını oxu...
 

İnsan Hüquqlarının Müdafiəsi

Avropaya inteqrasiya olan ölkəmiz Avropa İnsan Hüquq və Azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya qoşulmuş və Avropa İnsan Hüquqları Məhkəməsinin yurizdiksiyasını tanımışdı. Bununla öz hüquqlarını ölkə daxilində müdafiəsinə nail olmadığını hesab edən hər kəs Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı əldə etdi. “İnsan Hüquqlarının Müdafiəsi“ adlı video məsləhətin əsas məqsədi insanlara Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmə yolunu göstərməkdir.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

Ardını oxu...
 

Miras Hüququ

İnsanların öz hüquqlarını bilməməsi vərəsəliyin qəbulu və bölüşdürülməsində böyük problemlərə gətirib çıxarır. Ölkədə vərəsəliyi qanuni şəkildə qəbul etməmiş vətəndaşların sayı həddindən artıq çoxdur. Bu problem gələcəkdə əmlakın satılmasına, bağışlanmasına, yaşayış yerinə qeydiyyata düşməyə və s. bu kimi halların həyata keçirilməsinə çətinlik yaradaraq, məsələnin qısa zaman ərzində həll edilməsinə mane olur və əlavə çətinliklər yaradır. “Miras Hüququ” adlı video məsləhətin əsas məqsədi vətəndaşlara miras hüququnu aşılamaq və bu hüquqdan vaxtında necə istifadə etməli oluğunu göstərməkdir.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

Ardını oxu...
 

Məhkəmə qərarlarının icrası

İnsan hüquqlarından biri olan “Mülkiyyət hüququ” məhkəmədə qərarın qəbul olunması ilə bərqərar olmur. Hüququn bərpası üçün əsas qərarın icrasıdır. Praktika onu göstərir ki, məhkəmə tərəfindən qəbul olunan qərarlar ya icra olunmur, ya icrası gecikdirilir, ya da qismən icra edilərək insanların hüquqları bərpa edilmir. “Məhkəmə qərarlarının icrası” adlı video məsləhətin əsas məqsədi insanlara məhkəmə qərarlarının icrasının təmin edilməsinin hüquqi əsasını göstərmək və insanları maarifləndirməkdik.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

 

Ardını oxu...
 

Əmək hüququ

Gündəlik tələbatını təmin etmək, xaricə səyahətə getmək, konsertdə, futbolda iştirak etmək və s. işləri görmək üçün hər bir insana pul lazımdır. Pul isə yalnız işləyərək qazanıla bilər. İnsanlar əmək müqaviləsi bağlayaraq müxtəlif müəssisələrdə işləyir və gəlir əldə edir. İşçinin gəlir mənbəyi müəssisə oluduğu üçün işçi müəssisə qarşısında hüquqlarını bilmədikcə, onları tələb etmədikcə gücsüzdür. “Əmək Hüququ” adlı video məsləhətin əsas məqsədi vətəndaşlara “Əmək hüquqlarını” aşılamaq və bu hüquqların müdafiə yolunu göstərməkdir.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

 

Ardını oxu...
 

İstehlakçı vərdişi

Hər gün gündəlik tələbatımız məqsədilə müxtəlif mallar alır, xidmətlərdən yararlanırıq. Malları alarkən və xidmətlərdən yararlanarkən “İsteklakçı hüquqlarımız”ın pozulduğunun şahidi olur, lakin onları müdafiə etmirik. Bunun xırda pozuntu olduğunu hesab edib hüquqlarımızı bərpa etməyə cəhd etmir, bunu vərdiş halına gətiririk. Bu kimi “xırda” hesab etdiyimiz pozuntular həyatımızın bir parçasıdır. “İstehlakçı vərdişi”  adlı video məsləhətin əsas məqsədi insanlara istehlakçı hüquqlarının önəmini aşılamaq və bu hüquqların müdafiə yolunu göstərməkdir.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

 

 

Ardını oxu...
 

Korrupsiya Lövhəsi

“KORRUPSİYA” cəmiyyətdə insan hüquqlarının, demokratiyanın, hüququn aliliyinin, iqtisadiyyatın və s. inkişafına mənfi təsir göstərdiyi və müxtəlif streotiplərlə qarşımızda keçilməz bir səd olduğu üçün Remedium Hüquq Mərkəzi ilk “Korrupsiya Lövhəsi” adlı Video məsləhətini bu mövzuya həsr etdi. Bu “Video məsləhət”in əsas məqsədi vətəndaşlara korrupsiya, onun doğurduğu fəsadlar və ondan yayınmağın yolunu göstərməkdən ibarətdir.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

 

Ardını oxu...
 


Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...