Warning: include(/home/remedium/public_html/plugins/joomfish/defines.php) [function.include]: failed to open stream: No such file or directory in /home/remedium/public_html/index.php on line 3

Warning: include() [function.include]: Failed opening '/home/remedium/public_html/plugins/joomfish/defines.php' for inclusion (include_path='.:/usr/lib/php:/usr/local/lib/php') in /home/remedium/public_html/index.php on line 3

Warning: session_start() [function.session-start]: Cannot send session cookie - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/libraries/joomla/session/session.php on line 423

Warning: session_start() [function.session-start]: Cannot send session cache limiter - headers already sent (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/libraries/joomla/session/session.php on line 423

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/libraries/joomla/session/session.php on line 426

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/plugins/system/jfrouter.php on line 316

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/plugins/system/jfrouter.php on line 317

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/plugins/system/jfrouter.php on line 318
CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.
CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mövcud olan praktikanı dəyişdi.

Belə ki, Cinayət-Prosessual Məcəlləyə edilmiş yeni dəyişikliyə əsasən bundan sonra zərər çəkimiş şəxsi nümayəndə qismində müvafiq etibarnaməsi olan vəkil, ya da qohumu təmsil edə biləcək. Bu cür dəyişiklik isə VƏKİL olmayan şəxslərin cinayət prosesində iştirakının məhdudlaşdırılmasını daha da möhkəmləndirir.

Digər bir dəyişikliyə əsasən, təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdən sonra öz fikrini, artıq məhkəmə istintaqına qədər deyil, prosesin istənilən mərhələsində dəyişdirmək ixtiyarına malik olacaq ki, bu da cinayət prosesini həyata keçirən orqanı fikrini dəyişmiş bu təqsirləndirilən şəxsə prosesin istənilən mərhələsində "tələb etməsi" əsasına görə müdafiəçi təqdim etmək məcburiyyəti qarşısında qoyacaq.

 

Digər dəyişikliyə əsasən, əgər indiyə kimi məhkəmə çıxışlarının ardıcıllığını bir neçə nəfərlə təmsil olunan tərəf öz aralarında müəyyən edə bilməyəndə məhkəmə müəyyən edirdisə, hazırda yalnız zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı, təqsirləndirilən şəxs, mülki cavabdehə münasibətdə məhkəmənin bu hüququ saxlanılır. Dəyişikliyə əsasən "Dövlət ittihamı bir neçə dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə məhkəmə çıxışı onların öz razılığına əsasən müəyyən edilən dövlət ittihamçısı tərəfindən səsləndirilir. İşdə təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi olduqda məhkəmə çıxışını müdafiə və ya təmsil olunan şəxsin müəyyən etdiyi müdafiəçi və ya nümayəndə səsləndirir. Göstərilən hallarda müvafiq məhkəmə çıxışından sonra məhkəmə iclasında fasilə elan edilmədən digər dövlət ittihamçısı, müdafiəçi və ya nümayəndə məhkəmə çıxışına əlavələr səsləndirə bilər".

Bundan əlavə, artıq hakim həbs qətimkan tədbirini müdafiə tərəfinin təşəbbüsü ilə ev dustaqlığı və ya girovla əvəz etdikdə prokurorun protesti olacaq deyə, şəxsin azad olunması üçün apellyasiya məhkəməsinin qərarını gözləməyəcək və öz qərarını dərhal icraya yönəldəcək. Məhkəmə, həmçinin prokurorun təqimatı ilə həbs qətimkan tədbirini seçmədikdə və ya uzatmadıqda, prokuror təqdimat verəcək deyə şəxsi daha 7 gün həbsdə saxlamaq məcburiyyətində olmayacaq və şəxsi dərhal azad edəcək.

Digər məsələ müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar üçündür. Belə ki, müstəntiqlər artıq ittiham aktını həbs müddətinin bitməsinə ən azı 20 gün qalmış prokurora, prokuror isə ən azı 15 gün qalmış məhkəməyə göndərə biləcək. Həmçinin, həbsin ilkin müddəti az ağır cinayətlərə görə 3 ay, ağır və xüsusilə ağır cinayətlərə görə isə 4 ay müddətində müəyyən edilmişdir.
Bununla yanaşı, məhkəmə işin mürəkkəbliyinə görə hazırlıq iclasının keçirilmə müddətini artırdiqda hzırlıq iclası keçirilənə kimi həbs müddətinin keçməsinin qarşısını almaq məqsədilə qətimkan tədbirinin taleyi ilə bağlı ayrıca iclas keçirib, qərar qəbul edə biləcək.

AR Vəkillər Kollegiyasının üzvü

Vəkil Vüsal Orucov

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...

06.05.2014

İxtisar aparılan müəssisədə işçilərin hüquqları

Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev Huquq.tv-də "Müəssisədə işçilərin sayı azaldılarkən və ştatlar ixtis...