FIDIC müqavilələri ilə bağlı təlim Bakıda
There are no translations available.

Matrix-Seminars Ltd-dən Remedium Hüquq Mərkəzinə daxil olan məlumata əsasən, FIDIC müqavilələrinin praktiki istifadəsi ilə bağlı təlimlərin keçirilməsi üçün FIDIC tərəfindən akkreditə olunmuş Matrix-Seminars Ltd 28 aprel 2014-cü il tarixdə Bakıda 1 günlük təlim təşkil edəcək.

Təlimdə əsasən FIDIC müqavilələrinin 4 əsas formasının (Red, Yellow, Silver and Gold Books) praktiki istifadəsi ilə bağlı ətraflı məlumat veriləcək.

Təlimin keçirilmə yeri və vaxtı: 28 aprel 2014-cü ildə Hyatt Regency Otelində (Bakı şəhəri, İzmir küçəci 1033 ünvanında) keçiriləcək.

Təlimçi: Beynəlxalq tikinti, infrastruktur və s. bu kimi layihələr üzrə 20 ildən artıq iş təcrübəsi olan, FIDIC müqavilələrin praktiki istifadəsi ilə bağlı təlimləri keçmək üçün akkreditə olunan, Çin Beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyası, Şanxay Beynəlxalq Arbitraj Mərkəzi və Dubay Beynəlxalq Arbitraj Mərkəzinin  arbitraj panel üzvü, İngiltərə vəkillər kollegiyasının üzvü William Godwindir.

Təlim İngilis dilində keçiriləcək.

Təlim ödənişlidir:

  • 1 iştirakçı üçün 400 Euro, eyni müəssisədən iki və daha çox iştirakçı müraciət etdikdə hər bir iştirakçı üçün 350 Euro
  • Qeydiyyat üçün müraciət edərkən Remedium Hüquq Mərkəzinin adını qeyd edənlərə 20 faiz endirim ediləcək.
  • Ödənişə nahar yeməyi, çay fasilələri, təlim materialları daxildir.

Müraciət üçün son tarix: 27 aprel, 2014

Bütün təlim iştirakçıları sertifikatla təltif olunacaq.

Təlim barədə ətraflı məlumatı əldə etmək məqsədilə This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it email ünvanına yaza və ya www.matrix-seminars.com web səhifəsinə daxil olaraq əldə edə bilərsiniz.

Əlavə olaraq təlimin sonunda Ekvita Legal and Tax Services şirkətinin icraçı partnyoru İlqar Mehti "FIDIC müqavilələrinin Azərbaycanda tətbiqi" mövzusunda çıxış edəcək.

Remedium Hüquq Mərkəzi

Mətbuat Xidməti

Comments:

News

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

There are no translations available.Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə e...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

There are no translations available.“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Reme...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

There are no translations available. Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Kli...

06.05.2014

İxtisar aparılan müəssisədə işçilərin hüquqları

There are no translations available.Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev Huquq.tv-də "Müəssisədə işçiləri...