Sosial kirayə müqaviləsinin nümunəsi

Sual

Salam. Xahiş edirəm ki, sosial kirayə müqaviləsinin nümunəsinin neçənci ildə və neçə saylı qərarla təsdiq olunduğunu deyərdiz. Mənzil məcəlləsində bu haqda məlumat olsa da, amma forması yoxdur.

Cavab

AR Mənzil Məcəlləsinin 59-cu  maddəsinə əsasən  yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf — dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin — vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.

Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır.

Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin (sosial kirayə müqaviləsi) forması Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Nümunəni əldə etmək üçün cavaba əlavə edilən fayla baxa bilərsiniz.


Remedium Hüquq Klinikası

Attachments:
Download this file (Sosial kiraye müqavilesi.doc)Sosial kiraye müqavilesi.doc56 Kb

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...