Təhsil müəssisəsi imtahanların tarixini, keçirilmə üsulunu və nəticələrinin müəyyən edilməsini hansı əsaslarla müəyyən edir?

Sual

Salam. Orta -ixtisas məktəbində təshil alan yaxınımın problemi ilə bağlı soruşmaq istəyirəm. Sözügedən şəxs həmin məktəbdə qiyabi təhsil alır. Bütün sessiya 3 həftə ərzində keçirilir, bu müddətdə həm dərslər, həm də imtahanlar (sayısı 4-7 arasında dəyişir) olur. İmtahan sualları imtahana 1-2 gün qalmış verilir və iki imtaha arasında bəzən heç bir gün də fərq olmur. Bilmək istəyirəm, bunun qanuni əsası necədir? Əslində necə olmalıdır imtahanlar və dərslər və ən nəhayət imtahandan kəsilən tələbə hansı addımları atmalıdır? Cox sagolun

Cavab

 

Sualınıza cavab olaraq bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Təhsil haqqında qanununa əsasən  orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müхtəlif iхtisaslar üzrə оrta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq strukturlarda həyata keçirilir və subbakalavr iхtisas dərəcəsinin verilməsi ilə başa çatır. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil оlunur və orta ixtisas təhsili proqramlarının müvafiq iхtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir.

Hər bir təhsil müəssisəsinin xüsusi dərs və imtahan sistemi mövcuddur. Dərslərin və imtahanların keçirilmə qaydası təhsil müəssisələrinin nizamnaməsi və digər daxili normlarla müəyyən olunur. O cümlədən imtahanda yetərli bal toplamadığı üçün növbəti kursa keçə bilməyən tələbələrlə bağlı məsələlər də müəssisədaxili normalarla tənzimlənir. Müvafiq məsələlərlə bağlı problemləriniz olduqda və əgər hüquqlarınızın pozulduğunu hesab edirsinizsə təhsil müəssisəsinin rəhbərliyinə, daha sonra Təhsil Nazirliyinə şikayət ünvanlaya bilərsiniz.


Remedium Hüquq Klinikası

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...