Hərbi xidmətə möhlət hüququnu magistraturaya daxil olduqdan sonra istifadə edə bilərəm?

Sual
Salam sizə sualım var. Mən bakalavrı bitirdikdən sonra birbaşa əsgərmi getməliyəm yoxsa möhlət haqqını istifadə edib magistraturayami girəbilərəm. Təşəkkürlər.

Cavab

Sualınıza cavab olaraq bildiririk ki, 23 dekabr 2011-ci ildə "Hərbi vəzifə və hərbi xidmət"haqqında qanunun qüvvəyə minməsi ilə "Hərbi xidmətə çağırışın əsasları" haqqında qanun qüvvədən düşdü və yeni qanuna əsasən təhsilə görə hərbi xidmətdən möhlət aşağıdakı şəxslərə verilir:

1) ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;
2)ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

3) orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

4) ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;

5)xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

Yəni magistraturaya qəbul olmuş şəxslər üçün möhlət nəzərdə tutulmur. Siz  magistraturaya qəbul olduğunuz təqdirdə təhsilinizi bu pillədə hərbi xidmətinizi başa vurduqdan sonra davam etdirə bilərsiniz.

 

Sual Remedium Hüquq Klinikası tərəfindən

Femida.az saytı ilə əməkdaşlıq çərçivəsində cavablandırılıb.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...