Razılığım olmadan keçmiş həyat yoldaşım övladlarımı ölkə hüquqlarından kənara çıxara bilərmi?

Sual

1996-cı ildən qeyri rəsmi ailə həyatı qurmuşam. İki evladım var (qızım 13.10.1998 və oğlam 11.11.2003), 2011-cı ilin oktyabır ayında məni məhkəməyə verdi, və uşağlarıma aliment kəsildi, mənim iddiamdan sonra mənə evladlarımla görüş hüququ verildi.Mən 8 aydı ki evladlarımı görə bilmirəm, nə də icraçıdam gəlib alimenti götürmürlər, icraçı bildirdi ki, bu miqdarda alimenti saxlaya bilmirəm və müvəqqəti dayandırıldı. Sonra aydın oldu ki, keçmiş həyat yoldaşımım xarici pasportu və uşağların doğum haqqında şədatnamələri evdə, mənim yanımda qaldığı üçün öz xarici pasportunu nə uşağların doğum haqqında şədatnamələrin dublikatını çıxararaq, uşağları Türkiyəyə aparıb. Mənim razılığım olmadan, uşağları çıxartmağ hüququ varmı?

Cavab

Sualınıza cavab olaraq bildiririk ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Qeyd olunduğu kimi, Sizin notarial qaydada təsdiq edilmiş razılığınız olmadan keçmiş həyat yoldaşınız uşaqlarınızı ölkə hüdudlarından kənara çıxara bilməz. Belə bir ehtimal mövcuddur ki, Sizin iştirakınız olmadan məhkəmə prosesi keçirilib (bu halda Siz Mülki Prosessual Məcəlləyə müvafiq olaraq məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməyinizə baxmayaraq məhkəmə iclasına gəlməmiş olmalısınız) və valideynlərdən birinin razılığı olmadan uşağın xarici ölkəyə sərbəst surətdə gedib – gəlmə hüququnun verilməsinə dair qanuni qüvvəyə minmiş qətnamə əsasında uşaq ölkəni tərk edib.

Sual Remedium Hüquq Klinikası tərəfindən

Femida.az saytı ilə əməkdaşlıq çərçivəsində cavablandırılıb.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...