Övladımın aldığı pensiyanı öz adıma rəsmiləşdirə bilərəmmi?

Sual

Salam.bir oğlum var, yoldaşım şəhid olduğuna görə hal-hazrda müavinət alırıq. Övladım isə tələbədir. Ola bilərmi ki, övladım ali təhsilini bitirdikdən sonra atasının şəhidliyinə görə veriilən pensiyani öz adima keçirdim? Və ya bunun üçün mən hansi statusa (xəstəliyə göre pensiya və s.) malik olmalıyam?

Cavab

Sualınıza cavab olaraq bildiririk ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının qanununa  görə  şəhid ailəsi statusunu almış ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir; valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilir.

"Əmək pensiyaları haqqında" qanunda nəzərdə tutulur ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

1) vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:

a)18 yaşına çatmamış;

b)18 yaşına çatanadək əlil olmuş 18 yaşdan yuxarı;

c)təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən зoxu 23 yaşına çatanadək;

2)ata, ana, ər (arvad) pensiya yaşına - kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;

3)yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

Qanunvericilikdə şəhidliyə görə pensiya yalnız şəhidin övladları üçün nəzərdə tutulub,yəni onu sizin almağınız qeyri-mümkündür.

“Əmək pensiyaları haqqında “ qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.Yəni sizdə eyni zamanda həm xəstəliyə görə ,həm də ailə başçısını itirməyə görə pensiya hüququ yaranıbsa onlardan yalnız birini seçə bilərsiniz.

Sual Remedium Hüquq Klinikasının əməkdaşı Qiyafət X. tərəfindən

Femida.az saytı ilə əməkdaşlıq çərçivəsində cavablandırılıb.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...