Mülki hüquq

Birgə əmlak nə zaman və kimlər arasında bölüşdürülə bilər?

Sual

Birinci nikahdan alınan daşınmaz əmlak onlar arasında necə bölunər? Birinci nigahdan həddi buluğa çatmış iki övlad var. Ailə başçısı evlidir,hal-hazırda o evdə birinci nigahdan olanlar yaşayır.

Ardını oxu...
 

Mülkiyyətimdə olan torpağı Bələdiyyə geri ala bilər?

Sual

Salam. Təxminən 25 il öncə Abşeron rayon ərazisindən 10 sot torpaq sahəsi alınıb, 10 il müddətində yaşayış sahəsində tikinti, təmir işləri gedib, daha sonra aile evə köçüb.  İndiki dövrə kimi orada yaşayırlar.  Təxmini 15 ildir. Yaxın vaxtlarda  Bələdiyyə orqanından  müəyyən şəxslər tərəfindən yaşayış sahəsi ölçüyə alinib. Məlum olub ki, 12.5 sot torpaq var imiş. Lakin ərazi genişləndirilməyib, torpaq sahibi düşünür ki, alinan zaman mehz 12.5 sahə idi, sadəcə qeydiyyatda yalnışlıqlar olub, çünki evi ev sahibinin (xanımın) atasi alıb. Hal-hazırda bələdiyyə artıq çıxmış 2.5 sot torpağın əvəzinə 12 min manat pul məbləğini ödənilməsini istəyir, ödəmə olmazsa sahiblərdən alınması nəzərdə tutulur. Torpağa dair, bütün sənədlər var, sənədlərə aid problem yoxdur, o vaxtlar şəhadətnamə ilə alınıb, bütün sənədlər var. Sadəcə indiki ölçmə nəticəsində artiq çıxıb. Bələdiyyə necə iddia ede biler ki, bu onun torpağıdır. Bələdiyyələr 1999-cu ildə yaranmayıblar? Bu dövlər rüsumu ilə həll oluna biləcək məsələdirmi? Yəni cərimə kimi yaxud bilmirəm. Onu da qeyd edim ki, ev sahiblerindən (ər) Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlildir. Çox xahiş edirəm qanuna istinad edərək cavablandirasiz. Çox sagolun.

Ardını oxu...
 

Birgə mülkiyyətə daxil olan əmlak üzərində miras bölgüsü vərəsələr arasında necə aparılmalıdır?

Sual

Sualım Daşınmaz əmlakla-vərəsəliklə  bağlıdır. Vərəsəliyə ev daxildir.  Vərəsələr -Valideyinlər və rəhmətə gedənin həyat yoldaşı.  Daşınmaz emlak toydan 1 ay əvvəl notariusda alqı-satqı müqaviləsi ilə alınıb.  Lakin Çıxarış rəhmətə gedənin adına  nikahdan-toydan 10 gün  sonra  qeydə alınaraq verilib.
Sual:  pay bölgüsü necə aparılmalıdır? Daşınmaz əmlak nikah dövründə alınan əmlak kimi qəbul edilə bilərmi? (çünki çıxarış nikahdan sonra verilib). Və bunun neticəsində evin 50 % həyat yoldaşına və digər 50 % üç yerə bölünməlidir, yoxsa ev alqi satqiya görə nikahdan-toydan qabah alınmış hesab edilir və vərəsələr arasında üç yerə bölünür?

Ardını oxu...
 

Hədiyyə aldığım əşya miras əmlakı hesab olunurmu?

Sual

Ana vəfat etməmişdən öncə adına olan evini üç qızından birinə bağışlayıbsa ana öləndən sonra digər övladları məhkəmə qaydasında bağışlanan evdən bacıdan pay tələb edə bilərmi?Və bu hansı qanunla tənzimlənir. Öncədən təşəkkürlər.

Ardını oxu...
 

Vətəndaşın itkin düşməsi ilə bağlı sənədi necə əldə etmək olar?

Sual

Babam Osmanov Seyidabas Sabir oglu 1942-ci ildən BVM-nin ishtirakçısı olmuş və itkin düşmüşdür. Həyat yoldaşının (nənəmin) adında olan mülkün onun övladının adına keçməsi üçün onun olüm kağızını istəyirlər. Bu isə yalnız məhkəmə yolu ilə əldə edilir və uzun sürən prosesdir. Bütün bu prosedurları tez bir zamanda etmək mümkündürmü? yəni 1905 il təvəllüdlü olan şəxsin ölüm kağızını almaq olarmı? Onun həyat yoldaşı və oğlu da (varisləri) dünyalarını dəyişmişlər.

Ardını oxu...
 

Miras bölgüsündə arvadın və digər vərəsələrin payı

Sual

Məsələ vərəsəliklə bağlıdır. Qadın 2011-ci ilin avqust ayında nikaha daxil olur.  Nikahdan sonra evə qeydiyyata düşür.  4 aydan sonra həyat yoldaşı  vəfat edir.  Həyat yoldaşının tək anası və atası var.  Deyilənlərə gorə ev əri tərəfindən nikahdan öncə alındığına görə və nikahda 4 ay (az müddətdə) olduğuna görə qadına vərəsəlik  qaydasında ev düşmür. Ancaq qeydiyyatına görə öz payını ala bilər.

Sualım
1. Evin nikahdan öncə alındığı və nikahın az müddət olduğuna göre mənzilə vərəsəlik qaydasında pay düşürmü?
2. Evin bölgüsü  qadın, ərin atası və anası arasında necə aparılmalıdır? (nəzərə alsaq ki, qadın orada qeydiyyatdadir).  
3. Digər əmlak necə bölünməlidir?

Ardını oxu...
 

Qarşılıqlı mülkiyyət və miras problemi

Sual

70 yaşlı bir xanım Məmmədova N. 40 ildən çoxdur ər evində yaşayır. Fərdi həyət evdir, küpçəsi heç vaxt olmayıb. Yalnız evin texniki pasportu var. Həyətdə iki ev var. Onlardan birində də bu xanımın qaynıarvadı yaşayır. Hər ikisinin həyat yoldaşları rəhmətə gedib.  Bu həyət Məmmədova N-nın artıq dünyada olmayan qaynatasının adınadır. Yəni, həyətdə yaşayan iki qayin arvadı, onların da adına sənəd yoxdur. Məmmədova N və uşaqları bu evdə qeydiyyatdadırlar.

- Bu həyətin pasportu var, 1962-ci ildən qalıb. O vaxtlar AZ SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilib. Onun içində kartoçka və "əsas tikililərin mərtəbələr üzrə planı" var. Amma bu pasporta həyətdəki evlərdən biri salınıb. Məmmədova N.-nın yaşadığı ev sonradan pasporta salınıb və ora möhürsüz, əllə çəkilən bir plan əlavə olunub. Amma güman etmirəm ki, bu, sənəd sayıla bilər.

- Ordaki plan sxem dəfələrlə dəyişib, hovuz sökülüb, hamam-filan sökülüb yenidən tikilib, qaraj tikilib və s.

- Məmmədovanın N həyat yoldaşı 1997-də ölüb. Onun 3 qız övladı var, ikisi ərdədir. Qayin arvadinin həyat yoldaşı 2011-də (noyabrda) vəfat edib, amma uşaqları yoxdur. Bu qayinarvadi 20 ildir burda yaşayır, amma qeydiyyatda deyil.

Hazırda bu evə çıxarış (kupça) almaq üçün nə etmək lazımdır. Deyirlər ki, gərək varislik məsələsi məhkəmə yolu ilə həll olunsun. Çünki həyətin hüquqi sahibi həyatda yoxdur və digər övladlar da var. İlk addım nə olmalıdır?

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 Növbəti > Axırıncı >>

Səhifə 2 > 2-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...