İnzibati hüquq

Hüquqlarınızı öyrənmək və onları tətbiq edərək həyatınızda baş verən hüquq pozuntularının (azalmasını) qarşısını almaq istəyirsinizsə, saytın əlaqə hissəsinə daxil olub sualınızı bizə ünvanlaya bilərsiniz.

 

Mülkiyyətçinin razılığı olmadan yaşayış yerinə qeydiyyata düşə bilərəm?

SUAL

Ərimin qeydiyyatda olduğu baba yurdunda mülkiyyətçi razı deyilsə, (mülkiyyətçi bibisi oğludur!) mən qeydiyyata necə düşə bilərəm?

Ardını oxu...
 

Yaşadığım yerə qeydiyyata alınmağım üçün hara müraciət etməliyəm?

Sual

Salam. Xahish edirem ki, mənə bir köməklik edəsiniz. Mən hal-hazırda Yasamal rayonunda qeydiyyatdayam. Ailə həyatı qurmuşam və istəyirəmki indi yaşadığım yere qeydiyyata düşüm, Xetai rayonuna. Bunun üçün nə etməliyəm. Hara müraciət etməliyəm? Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Ardını oxu...
 

Ölkə ərazisində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin statusu və digər məsələlər necə müəyyən edilir?

Sual

Salam, Sovet İttifaqı zamanında İrandan gələn miqrantlar və indiyə qədər də vətəndaşlıq qəbul etməyən şəxslər də Dövlət Miqrasiya Komitəsindən icazə almalıdırlar?

Ardını oxu...
 

Evimi nə zaman tikə bilərəm?

Sual

Mən 2011-ci ildə Bakı şəhəri icra hakimiyyəti tərəfindən şəhid ailələrinə verilən 2 sot torpaq sahəsi almışam. Torpaqın həm çıxarışı, həm də texniki passportunu öz adıma keçirmişəm. Tikmək istədiyim evin layihəsini də "layihə smeta bürosun"da təsdiq etdirmişəm. Amma evin tikintisinə icra hakimiyyəti və polis icazə vermir. "Tikinti və şəhərsalma haqqında AR-nın" qanununun çıxmasının gözlənmısini deyir. Qanun isə keçən ilin sentyabrından Milli Məclisin gündəliyindədir, nə vaxt qəbul ediləcəksə bilinmir. Sizdən isə soruşmaq istəyərdim ki, yeni qanun qəbul edilənə kimi tikintiyə icazə hansı formada alınır?

Ardını oxu...
 

Avtomobilim nə zaman cərimə meydançasına aparıla bilər?

Sual

Evakuator vətəndaşın avtomobilini hansı halda «Cərimə meydançası»na apara bilər? «Cərimə meydançası»na aparılan avtomobillərin sahibləri nə qədər cərimə ödəməlidir?

Vətəndaş cəriməni avtomobilini «Cərimə meydançası»ndan apardıqdan sonra ödəyə bilərmi? Birbaşa «Cərimə meydançası»ndakı müvafiq otaqda oturmuş polis əməkdaşına cərimə ödənilməsi nə qədər düzgündür?

«Cərimə meydançası»nda (Keçmiş Qaqarin, indiki Cavaşir körpüsünün altında) bəzi işçilər var ki, onların heç bir əmək müqaviləsi yoxdur. Bu, nə qədər düzgündür?

Ardını oxu...
 

Yol hərəkəti qaydalarının pozulmasına görə müəyyən edilən cərimədən necə azad ola bilərəm?

Sual

Salam. Yol polisi tərəfindən 21.06.2011 ci ildə "giriş qadağandır" işarəsinin tələblərini bilmədən pozduğuma gorə 3 bal və 40 AZN cərimə olunmuşam. Yol polisi cəriməni idarədə ödəyəcəyimi söyləyib. Amma cərimə banka ödəməliymiş. Mən cəriməni yol polisi idarəsində ödəmişəm. Ancaq bu yaxında internet üzərindən sürücülük vəsiqəmdə cərimənin olub olmadğına baxarkən 112 AZN cərimənin olduğunu gördüm. Sizcə İnzibati Xətalar Məcəlləsinə görə bu cərimə 1 ildən sonra silinməlidi? yoxsa artmalıdır?

Ardını oxu...
 

Yaşayış yeri üzrə qeydiyyat

Sual

Salam. Mən 2011-ci ilin aprel ayında ailə qurmuşam. Xətai rayonunda qeydiyyatdayam. Yoldaşım isə Abçeron rayonunda qeydiyyatdadır. 2012-ci ilin mart ayının 12-də övladımız dünyaya gəlib. Bugünkü gün mən onu MKİS-də uçota aldırmaq istəyirəm. Yoldaşım Abşeronda qeydiyyatda olduğu üçün deyirlər uşaq onun üzərinə qeydiyyata düşməlidir. Yoldaşım yazılı razılıq ərizəsi verərsə uşağı öz üzərimə qeydiyyata saldıra bilərəm?

Ardını oxu...
 


Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...