Layihə haqqında

Layihənin keçirilməsində əsas məqsəd insanları maarifləndirməkdir. Bu layihənin məqsədinə nail olmaq üçün təlimlər və müsabiqələr təşkil olunacaq və sayt hazırlanacaq.
Bu lahiyədə 3 sahə üzrə müsabiqələrin keçirilməsi nəzərdə tutulub.
1.    Məqalə yarışması
2.    Qısa metrajlı film müsabiqəsi
3.    Foto müsabiqəsi

Layihənin məqsədi:

  • daha geniş auditoriyanı maarifləndirmək;
  • insan hüquqları və azadlıqlarının maarifləndirilməsi fəaliyyətinə yaradıcılıq qabiliyyətli insanları cəlb etmək;
  • Layihə çərçivəsində hazırlanacaq video roliklər, fotolar və məqalələr vasitəsilə sadə insanları görüntülü, təsviri və yazılı şəkildə insan hüquqları barədə məlumatlandırmaq;
  • İnsanları öz hüquqları ilə bağlı məlumatlanmağı və məlumatlandırmağı dəb halına gətirmək;
  • İnsanlara “öyrənərək, öyrətmək” prinsipini aşılamaq.


Bu layihənin vəzifəsi aşağıda qeyd olunan hüquq və azadlıqlar barədə informasiyanı layihə iştirakçılarına, onların vasitəsi ilə (rəsm, video rolik və məqalə) insanlara çatdırmaqdır:
1)    İşgəncələrin qadağan olunması;
2)    İnsan alveri;
3)    Azadlıq və toxunulmazlıq hüququ
4)    Ədalətli məhkəmə araşdırması hüququ
5)    Şəxsi və ailə həyatına hörmət hüququ
6)    Fikir, vicdan və din azadlığı
7)    İfadə azadlığı
8)    Yığıncaqlar və birləşmək azadlığı
9)    Ayrı – seçkiliyin qadağan olunması
10)    Mülkiyyətin müdafiəsi
11)    Təhsil hüququ
12)    Azad seçki hüququ və s.

Attachments:
Download this file (RLC Presentation.ppt)RLC Presentation.ppt352 Kb

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...