Xəbərlər

RHM-nın “Hüquq klinikası"nın fəaliyyəti genişləndi

09 iyul 2012-ci il tarixdə Remedium Hüquq Mərkəzində növbəti yığıncaq keçirilib. Yığıncaqda cari məsələlər müzakirə edilib. Bundan başqa, RHM-nın Hüquq Klinikasının fəaliyyətinin genişləndirilməsi və fəaliyyət istiqamətlərinin artırılması məqsədilə Klinikaya koordinatorun təyin edilməsi məsələsi gündəmə gətirilib.

Ardını oxu...
 

“Öyrən tətbiq et, öyrət təşviq et” layihəsinin uğurları

Remedium Hüquq Mərkəzinin Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öyrən, tətbiq et, öyrət, təşviq et” adlı layihənin davamı olaraq hazırlanması planlaşdırılan 3 video məsləhətin çəkilişi başa çatıb. Suallar təcrübəli hüquqşünaslar tərəfindən cavablandırılıb və hazır videolar www.remedium.az saytında və sosial şəbəkələrdə yerləşdirilib. “Korrupsiya lövhəsi”, “İstehlakçı vərdişi” və “Əmək hüququ” adlı video məsləhətlər insanlar tərəfindən maraqla qarşılanıb. Xatırladaq ki, layihə çərçivəsində aktual məsələlərlə bağlı 10 video məsləhət hazırlanması nəzərdə tutulub.

Ardını oxu...
 

Əmək hüququ

Gündəlik tələbatını təmin etmək, xaricə səyahətə getmək, konsertdə, futbolda iştirak etmək və s. işləri görmək üçün hər bir insana pul lazımdır. Pul isə yalnız işləyərək qazanıla bilər. İnsanlar əmək müqaviləsi bağlayaraq müxtəlif müəssisələrdə işləyir və gəlir əldə edir. İşçinin gəlir mənbəyi müəssisə oluduğu üçün işçi müəssisə qarşısında hüquqlarını bilmədikcə, onları tələb etmədikcə gücsüzdür. “Əmək Hüququ” adlı video məsləhətin əsas məqsədi vətəndaşlara “Əmək hüquqlarını” aşılamaq və bu hüquqların müdafiə yolunu göstərməkdir.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

 

Ardını oxu...
 

İstehlakçı vərdişi

Hər gün gündəlik tələbatımız məqsədilə müxtəlif mallar alır, xidmətlərdən yararlanırıq. Malları alarkən və xidmətlərdən yararlanarkən “İsteklakçı hüquqlarımız”ın pozulduğunun şahidi olur, lakin onları müdafiə etmirik. Bunun xırda pozuntu olduğunu hesab edib hüquqlarımızı bərpa etməyə cəhd etmir, bunu vərdiş halına gətiririk. Bu kimi “xırda” hesab etdiyimiz pozuntular həyatımızın bir parçasıdır. “İstehlakçı vərdişi”  adlı video məsləhətin əsas məqsədi insanlara istehlakçı hüquqlarının önəmini aşılamaq və bu hüquqların müdafiə yolunu göstərməkdir.

Ardını oxu...
 

Korrupsiya Lövhəsi

“KORRUPSİYA” cəmiyyətdə insan hüquqlarının, demokratiyanın, hüququn aliliyinin, iqtisadiyyatın və s. inkişafına mənfi təsir göstərdiyi və müxtəlif streotiplərlə qarşımızda keçilməz bir səd olduğu üçün Remedium Hüquq Mərkəzi ilk “Korrupsiya Lövhəsi” adlı Video məsləhətini bu mövzuya həsr etdi. Bu “Video məsləhət”in əsas məqsədi vətəndaşlara korrupsiya, onun doğurduğu fəsadlar və ondan yayınmağın yolunu göstərməkdən ibarətdir.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

 

 

Ardını oxu...
 

1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”

Remedium Hüquq Mərkəzinin kollektivi 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə bütün uşaqları təbrik edir, onlara xoşbəxt və firavan gələcək arzu edir.

Məlumat üçün bildiririk ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndikdən sonra 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, iyunun 1-i “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi tarixə düşüb.

Ardını oxu...
 

“Öyrən tətbiq et, öyrət təşviq et” layihəsi davam edir

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Öyrən, tətbiq et, öyrət, təşviq et” adlı layihənin icra müddətinin uzadılmasına qərar verilib.

Qeyd edək ki, layihə çərçivəsində Remedium Hüquq Mərkəzi tərəfindən "Video məsləhət"lər hazırlanacaq. Hazırlanması nəzərdə tutulan 10 video məsləhət aktual məsələlərlə bağlı olacaq. Suallar təcrübəli hüquqşünaslar tərəfindən cavablandırılacaq.

Ardını oxu...
 

Gəncə Şəhər Baş Polis İdarəsində vətəndaşların şikayət və iradları ilə bağlı qəbul günü müəyyən edildi

Gəncə Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Remedium Hüquq Mərkəzinin Mətbuat Xidmətinə daxil olan məlumata əsasən Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubov Respublikanın ayrı-ayrı bölgələrində vətəndaşların ərizə və şikayətləri ilə bağlı (kadr məsələsi istisna olmaqla) 2012-ci ilin iyun ayının 2-də saat 11.00-da Gəncə Şəhər Baş Polis İdarəsində vətəndaşları qəbul edəcəkdir.

Ardını oxu...
 

Remedium Hüquq Mərkəzi Azərbaycan Hüquqşünasları Konfederasiyası ilə birgə əməkdaşlığa start verdi

Remedium Hüquq Mərkəzi Azərbaycan Hüquqşünasları Konfederasiyası ilə birgə əməkdaşlıq çərçivəsində “Öyrən, tətbiq et, öyrət, təşviq et” adlı layihənin davamı olaraq “Online Hüquqi Məsləhət” layihəsini davam etdirir.

Ardını oxu...
 

Online Hüquqi Məsləhət

Remedium Hüquq Mərkəzi “Öyrən, tətbiq et, öyrət, təşviq et” adlı layihənin davamı olaraq “Online Hüquqi Məsləhət” layihəsini həyata keçirir.

“Online Hüquqi Məsləhət” layihəsi əsasən aşağıdakı hüquq sahələrini əhatə edir:

Mülki Hüquq;

Mülki Prosessual Hüquq;

Ailə Hüququ;

Əmək Hüququ;

İstehlakçı Hüquqları;

Sosial Təminat Hüququ;

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Səhifə 10 > 12-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...