Xəbərlər

Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı qısa məlumat

Remedium Hüquq Mərkəzinin Hüquq Klinikası məlumat üçün bildirir ki, Milli Məclis tərəfindən 29 iyun 2012-ci il tarixində Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edilib. Həmin Məcəllə Azərbaycan qəzetinin 9 sentyabr 2012-ci il tarixli buraxılışında dərc olunmuşdur.
Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bəzi müddəalar istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 01 yanvar 2013-cü il tarixdən qüvvəyə minir.
Həmin Qanuna əsasən Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindiyi gündən “Şəhərsalmanın əsasları haqqında” Qanun ləğv ediləcək, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayacaq. Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətində qüvvədə olacaq.

Ardını oxu...
 

"Təhsil və dövlət təminatları" mövzusunda təlim

ABA CEELI təqdim edir:

“Təhsil və Dövlət Təminatları”
mövzusunda 1günlük təlim
14 Sentyabr, 2012 (14:30-17:30)

ABA CEELİ-nin Təlim Mərkəzi
(Bəşir Səfəroğlu küçəsi,133/SAT Plaza,4cü mərtəbə)

Ardını oxu...
 

Kredit Mübahisəsi

İqtisadi münasibətlər inkişaf etdikcə, sosial ehtiyaclar artdıqca insanların banklardan kredit alma tələbatı artmaqdadır. Banklardan kredit götürən insanlar hər bir zaman zəif tərəf olaraq qalmaqdadır. Bundan istifadə edən banklar bəzən insanların hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlər edir, kredit mübahisələrində hər zaman haqlı tərəf kimi görünməyə çalışırlar. "Kredit Mübahisəsi" adlı video məsləhətin əsas məqsədi insanlara hansı hüquqlara malik olduğunu, banklardan kredit götürərkən nələrə diqqət yetirməli olduqlarını, kredit mübahisələrini necə həll edə biləcəklərini və hüquqlarını hansı yollarla müdafiə etməli olduğunu göstərməkdir.

Ardını oxu...
 

Sosial məzuniyyətlər və ödənişlər

İşçilərin istirahət hüququnun ən əsas təminatlarından biri də məzuniyyətlərdir. Məqsədli təyinatından asılı olaraq məzuniyyətlərin bir neçə növü fərqləndirilir: əmək məzuniyyəti, təhsil və yaradıcılıq məzuniyyətləri, sosial məzuniyyətlər. Hazırda  ölkədə bir çox iş yerlərində işçilərlə əmək müqaviləsi belə bağlanmadığı bir şəraitdə sözsüz ki, məzuniyyətlərin verilməsi də ən çox problem doğuran məsələlərdəndir. Xüsusilə sosial məzuniyyətlər sahəsində qadınlar hələ də ciddi problemlər yaşayırlar. Dövlət müəssisələrinin əksəriyyətində sosial məzuniyyət hüququnun pozulması hallarına artıq az rast gəlinsə də özəl müəssisələrdə problemlər hələ də qalmaqdadır; işəgötürənlər hamiləliklə əlaqədar məzuniyyətlərin verilməsi əvəzinə çox hallarda işçi ilə əmək müqaviləsinə birdəfəlik xitam verirlər və ya məzuniyyət verilsə də məzuniyyət pulu ödənilmir. Bir çox hallarda əvvəlcədən işəgötürənlər özlərini sığortalamaq  üçün hamilə qadınları işə götürməkdən imtina edirlər, halbuki bu mövcud qanunvericiliyə və əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi  prinsipinə ziddir. Yalnız hamilə olduğuna görə işə götürülməkdən imtina olunan qadın öz hüquqlarını məhkəmə vasitəsilə müdafiə edə bilər, bizdə bu məsələ praktikaya çevrilməsə də Avropa ölkələrinin bir çoxunda belə hallarda işəgötürənlərə ciddi məsuliyyət tədbirləri tətbiq olunur.

Ardını oxu...
 

Mənzil Hüququm

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edirAilədə ər arvad arasında, valideyn, övlad və gəlin arasındakı münasibətlərində ən çox qarşılaşdığımız problemlərdən biri mənzilə yaşayış hüququnun əldə edilməsi, yaşayış yerinə qeydiyyat və s. bu kimi problemlərdir. Sovet dövründən qalan "qeydiyyat" problemi bir çox ailələrdə böyük fəsadlara səbəb olur. "Mənzil hüququm" adlı video məsləhətin əsas məqsədi vətəndaşlara mənzil hüquqlarını, yaşayış yerinə qeydiyyatı və yaşayış hüququnu aşılmamaq və bu hüquqların bərpa olunma yolunu göstərməkdir.

Ardını oxu...
 

Mənim Prosessual Hüquqlarım

İnsan hüquqlarının ən çox pozulduğu yerlərdən biri də mülki məhkəmələrdir. Maddi hüquqla yanaşı prosessual hüquqlarını bilməyən insanların mülkiyyət hüququ pozulur və bununla da vətəndaş torpaq sahəsindən, evindən, yaşayış hüququndan, gəlirindən və s. məhrum olur. Bunun əsas səbəbi mülki məhkəmələrdə vətəndaşların hüquqşünasın və ya vəkilin köməyindən istifadə etməmələri və prosessual hüquqlarını bilməməsindən irəli gəlir. "Mənim prosessual hüquqlarım" adlı video məsləhətin əsas məqsədi mülki prosessual hüquqlarının hansılar olduğunu və tətbiq edilməsi yolunu göstərməkdir.

Ardını oxu...
 

İnsan Hüquqlarının Müdafiəsi

Avropaya inteqrasiya olan ölkəmiz Avropa İnsan Hüquq və Azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya qoşulmuş və Avropa İnsan Hüquqları Məhkəməsinin yurizdiksiyasını tanımışdı. Bununla öz hüquqlarını ölkə daxilində müdafiəsinə nail olmadığını hesab edən hər kəs Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı əldə etdi. “İnsan Hüquqlarının Müdafiəsi“ adlı video məsləhətin əsas məqsədi insanlara Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmə yolunu göstərməkdir.

Ardını oxu...
 

Miras Hüququ

İnsanların öz hüquqlarını bilməməsi vərəsəliyin qəbulu və bölüşdürülməsində böyük problemlərə gətirib çıxarır. Ölkədə vərəsəliyi qanuni şəkildə qəbul etməmiş vətəndaşların sayı həddindən artıq çoxdur. Bu problem gələcəkdə əmlakın satılmasına, bağışlanmasına, yaşayış yerinə qeydiyyata düşməyə və s. bu kimi halların həyata keçirilməsinə çətinlik yaradaraq, məsələnin qısa zaman ərzində həll edilməsinə mane olur və əlavə çətinliklər yaradır. “Miras Hüququ” adlı video məsləhətin əsas məqsədi vətəndaşlara miras hüququnu aşılamaq və bu hüquqdan vaxtında necə istifadə etməli oluğunu göstərməkdir.

Ardını oxu...
 

Müsabiqənin nəticəsindən narazı qalan jurnalistlər məhkəməyə müraciət edə bilər?

Sual

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ildə iki dəfə fərdi jurnalist yazıları müsabiqəsi elanı verir. İldə daha bir neçə dəfə bu qurum rayon icra hakimiyyətləri ilə birgə müsabiqələr təşkil edir. Müsabiqənin nəticəsindən narazı qalan jurnalistlər bununla bağlı məhkəməyə müraciət etmək istəsə konkret olaraq hansı məhkəməyə müraciət etməlidir? Ümumiyyətlə, jurnalistlər digər qurumlar (hökumət, qeyri-hökumət və s.) tərəfindən keçirilən müsabiqələrin nəticəsindən narazı qalarsa, məhkəməyə müraciət etmələri nə qədər normal sayılar? Jurnalistlərin bu cür məhkəmələri udmaq şansı, perspektivi varmı?

Ardını oxu...
 

Məhkəmə qərarlarının icrası

İnsan hüquqlarından biri olan “Mülkiyyət hüququ” məhkəmədə qərarın qəbul olunması ilə bərqərar olmur. Hüququn bərpası üçün əsas qərarın icrasıdır. Praktika onu göstərir ki, məhkəmə tərəfindən qəbul olunan qərarlar ya icra olunmur, ya icrası gecikdirilir, ya da qismən icra edilərək insanların hüquqları bərpa edilmir. “Məhkəmə qərarlarının icrası” adlı video məsləhətin əsas məqsədi insanlara məhkəmə qərarlarının icrasının təmin edilməsinin hüquqi əsasını göstərmək və insanları maarifləndirməkdik.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Səhifə 9 > 12-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...