Vəkillər Kollegiyasının üzvlərinə: Təlimçilər üçün Təlim
|

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinə
Təlimçilər üçün Təlim
Təlimin məqsədi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərin və praktiki hüquqşünasların təlim keçmək bacarıqlarının inkişaf etdirilməsi və onların gələcəkdə İnsan Hüquqlarının təhsili sahəsində təlimçi kimi fəaliyyət göstərmələrinə imkan yaratmaqdır.
Təlimdə kimlər iştirak edə bilər və iştirakçıların seçimində diqqət yetiriləcək əsas cəhətlər hansılardır ?
- Təlim proqramı çərçivəsində İnsan Hüquqları üzrə təlimlər keçməkdə maraqlı olan 10-15 nəfər vəkil seçiləcək və onlara təlimçilər üçün təlim keçiriləcəkdir.
- İştirakçıların seçilməsi zamanı əsas diqqət iş təcrübəsinə və ən əsası namizədlərin motivasiyasına yetiriləcəkdir.
|
Ardını oxu...
|
QADIN LİDERLİYİ ÜZRƏ MÜKAFATLAR ÜÇÜN ƏRİZƏ QƏBULU
|

Kaunterpart İnterneşnl təşkilatının həyata keçirdiyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən Qadın İştirakçılığı Proqramı (QİP) böyük məmnuniyyətlə vətəndaş cəmiyyəti, idarəçilik, jurnalistika sahəsində özünü müsbət dəyişikliyə həsr etmiş və qadınlara dair məsələləri və onların səlahiyyətlənməsi işini dəstəkləyən qanunvericiliyin yaradılmasına və ya yaxşılaşdırılmasına töhfə verən qadın liderləri təqdir etmək məqsədi ilə liderlik mükafatları üzrə namizədlərin qəbulunu elan edir. Namizədlər aşağıdakı kateqoriyalar üzrə mükafatlandırılacaqdır: Qadınlar Mediada; Qadınlar Vətəndaş Cəmiyyətində; Qadınlar İdarəçilikdə; və Kişilərin gender bərabərliyinə və qadınların səlahiyyətlənməsinə töhfəsini təqdir etmək üçün QİP 4-cü kateqoriya da təsis edir: Qadınların səlahiyyətlənməsini dəstəkləyən kişilər
|
Ardını oxu...
|
Peşəkar CV hazırlanması mövzusunda təlim
|

ABA-CEELİnin Hüquqşünas Qadınların Peşəkarlığının Artırılması Təşəbbüsü
Peşəkar CV hazırlanması
mövzusunda təlim elan edir.
27 Sentyabr, 2012 (15:00-17:00)
Təlimçi:
ABA-CEELİ Həmkarı, Georgetown Universitetinin məzunu,
Könül Qasımova
Qeyd: Yalnız hüquqşünas xanımlar (tələbələr və universiteti bitirmiş xanımlar) iştirak üçün müraciət etməyə dəvət olunurlar
|
Ardını oxu...
|
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların hüquqlarının müdafiəsi mövzusunda təlim
|

ABA CEELI təqdim edir:
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların hüquqlarının müdafiəsi
mövzusunda 1günlük təlim
28 Sentyabr, 2012 (10:00-17:00)
ABA CEELİ-nin Təlim Mərkəzi
(Bəşir Səfəroğlu küçəsi,133/SAT Plaza,4cü mərtəbə)
|
Ardını oxu...
|
Avropa Məhkəməsində prosedur: şikayətlərin yazılması qaydası mövzusunda təlim
|

Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Bakı ofisi İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü layihəsi çərçivəsində vəkillər üçün “Avropa Məhkəməsində prosedur: şikayətlərin yazılması qaydası” mövzusunda iki günlük təlim təşkil edəcək.
Təlim 28-29 sentyabr 2012-ci il tarixlərdə saat 10:00-dan 17:00-dək ATROPAT otelin konfrans zalında (ünvan: Bakı ş., İçəri şəhər, Maqomayev küçəsi 11-13; BP Enterprise Mərkəzinin yanı) keçiriləcək.
|
Ardını oxu...
|
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir.
|
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci, 470.2-ci və 471-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılmışdır.
Qərar 20 sentyabr 2012-ci il tarixində "Azərbaycan" qəzetində dərc edilmişdir.
Həmin Qərarın tam mətnini təqdim edirik.
|
Ardını oxu...
|
Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları üzrə beynəlxalq standartların tətbiqi mövzusunda təlim
|

ABA CEELI təqdim edir:
“Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları üzrə beynəlxalq standartların tətbiqi”
mövzusunda 1günlük təlim
23 Sentyabr, 2012 (10:00-17:00)
|
Ardını oxu...
|
Təhsil və Dövlət Təminatları mövzusunda təlim
|

ABA CEELI təqdim edir:
“Təhsil və Dövlət Təminatları”
mövzusunda 1günlük təlim
21 Sentyabr, 2012 (14:30-17:30)
ABA CEELİ-nin Təlim Mərkəzi
|
Ardını oxu...
|
“İnzibati icraat və inzibati prosesin aktual problemləri” mövzusunda birgünlük təlim
|

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) «Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi» layihəsi çərçivəsində “İnzibati icraat və inzibati prosesin aktual problemləri” mövzusunda birgünlük təlim təşkil edilir. 29 sentyabr 2012-ci il, saat 10:00-dan 17:30-dək keçiriləcək tədbirin təlimçi-ekspertləri Dr. Peter Jakob və Elçin Usubdur.
Bu təlim Bakı şəhərində çalışan praktik hüquqşünaslar üçün nəzərdə tutulur. İştirakçıların seçimi zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlərinə üstünlük veriləcək. Seminarda iştirak üçün nəzərdə tutulmuş yerlər məhduddur.
|
Ardını oxu...
|
İnsan alveri mövzusunda təlim
|

ABA CEELI-nin Bakı ofisi vəkillər və digər praktik hüquqşünaslar üçün “İnsan alveri” mövzusunda bir günlük təlim təşkil edəcək.
Təlim 22 Sentyabr 2012-ci il tarixdə saat 10:00-dan 17:00-dək ABA CEELI-nin Bakı ofisində keçiriləcək
(Ünvan: Bəşir Səfəroğlu küçəsi 133, SAT Plaza, 4-cü mərtəbə).
|
Ardını oxu...
|
|
|
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>
|
Səhifə 8 > 12-dəan |