Xəbərlər

9 dekabr - Korrupsiyaya qarşı beynəlxalq mübarizə günüdür!

Korrupsiya cəmiyyətdə insan hüquqlarının, demokratiyanın, hüququn aliliyinin, iqtisadiyyatın və s. inkişafına mənfi təsir göstərdiyi və müxtəlif streotiplərlə qarşımızda keçilməz bir səd olduğu üçün Remedium Hüquq Mərkəzi “Korrupsiya Lövhəsi” adlı video məsləhətlərindən birini bu mövzuya həsr etmişdir. Bu “Video məsləhət”in əsas məqsədi vətəndaşlara korrupsiya, onun doğurduğu fəsadlar və ondan yayınmağın yolunu göstərməkdən ibarətdir.

Remedium Hüquq Mərkəzi bütün münasibətlərinizi qanunlar çərçivəsində qurmağı və buna əsaslanaraq hüquqlarınızı tələb etməyi tövsiyyə edir.

Ardını oxu...
 

"İnsan alverinə qarşı mübarizə beynəlxalq və daxili qanunvericilik kontekstində" adlı təlim

 

ABA CEELİ-nin Bakı ofisinin yaydığı məlumata əsasən İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə layihəsi "İnsan alverinə qarşı mübarizə beynəlxalq və daxili qanunvericilik kontekstində" adlı bir günlük, 15 dekabr 2012-ci il tarixdə saat 10:00-dan - 17:00-dək təlim təşkil ediləcək.

Təlimi mövzu üzrə ekspert Azərbaycan Migrasiya Mərkəzinin direktoru Əlövsət Əliyev aparacaq.

Təlim ABA CEELİ-nin konfrans zalında (B. Səfəroğlu küç., 133, SAT Plaza, 4-cü mərtəbə) təşkil olunacaq.

Təlim hüquqşünaslar üçün nəzərdə tutulur.

Ardını oxu...
 

“Məhkəmədə vəkillik bacarıqları üzrə təlimçilərin hazırlanması” mövzusunda təlim

 

 

Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Bakı ofisinin yaydığı məlumata əsasən İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü layihəsi çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Məhkəmədə vəkillik bacarıqları üzrə təlimçilərin hazırlanması” mövzusunda iki günlük təlim təşkil ediləcək.

Təlim 13-14 dekabr 2012-ci il tarixlərində saat 10:00-dan 17:00-dək ABA CEELİ-nin Bakı ofisində keçiriləcək (Ünvan: B.Səfəroğlu 133, SAT PLAZA 4-cü mərtəbə, Şahmat məktəbinin yanı).

Ardını oxu...
 

“Mülkiyyət hüququ” mövzusunda təlim

ABA CEELI-nin Baki ofisinin yaydığı məlumata əsasən vəkillər və digər praktik hüquqşünaslar üçün “Mülkiyyət hüququ” (milli qanunvericilik və Avropa Konvensiyasinin 1 sayli Protokolunun 1-ci maddəsi kontekstində) mövzusunda təlim təşkil edəcək.

Təlim 16 Dekabr 2012-ci il tarixdə (həftənin bazar günü) saat 10:00-dan 17:00-dək ABA CEELI-nin Baki ofisində keçiriləcək (Ünvan: Bəşir Səfəroğlu küçəsi 133, SAT Plaza, 4-cü mərtəbə).

Tədbiri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şəfa Camalzadə aparacaq.

Ardını oxu...
 

Yaşayış sahəsindən istifadə hüququna görə kompensasiyanın verilməsi.

Son zamanlarda  məhkəmə praktikasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı şikayətlərin sayı xeyli artmış və məsələ aktual problemlərdən birinə çevrilmişdir. Bu cür mübahisələrin artmasının əsas səbəbləri kimi ölkədə vətəndaşların mənzil ehtiyaclarının lazımınca təmin olunmamasını və durmadan artan boşanma proseslərini  göstərmək olar. Belə ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən bir çox hallarda şəxsin özü ilə birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) ilə yanaşı sonradan bu üzvlərdən nikaha daxil olan şəxslərin uşaqları, əri və ya arvadı da həmin mənzilə köçür.

Ardını oxu...
 

“ASAN xidmət” mərkəzləri haqqında məlumat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnamə”si, Agentliyin strukturu, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları” təsdiqlənib.

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlərin həyata keçirilməsi təmin ediləcək:

Ardını oxu...
 

Fərdi yaşayış evinin tikintisi ilə əlaqədar həyata keçirilməsi zəruri olan prosedurlar.

Vətəndaşların fərdi yaşayış evi tikərkən üzləşdikləri çətinlikləri nəzərə alaraq tətbiq olunması nəzərədə tutulan prosedurları sadələşdirilmiş formada diqqətinizə çatdırırıq.

1-ci addım: Torpaq sahəsinin əldə edilməsi

Fərdi yaşayış evi tikmək istəyən şəxs əvvəlcə torpaq sahəsinə malik olmalıdır. Bunun üçün vətəndaş ya torpaq sahəsini digər şəxsdən pulla alır, ya da torpaq sahəsinin alınması üçün bələdiyyəyə müraciət edir. Torpaq qanunvericiliyinə əsasən, bələdiyyə ərazilərindən torpaq sahələri hərracların keçirilməsi qaydası ilə alınır.

Bu üsulla torpaq sahəsi əldə edən şəxs həmin sahə üzərində mülkiyyət hüququnu təsdiqləmək üçün sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə təqdim etməlidir.

Ardını oxu...
 

Konstitusiya Məhkəməsinə şikayətlərin verilməsi qaydaları” mövzusunda təlim

Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Bakı Ofisi İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü layihəsi çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Konstitusiya Məhkəməsində icraat: Konstitusiya Məhkəməsinə şikayətlərin verilməsi qaydaları” mövzusunda iki günlük təlim təşkil edəcək.

Təlim 20-21 oktyabr 2012-ci il tarixlərdə saat 10:00-dan 17:00-dək ATROPAT otelin konfrans zalında keçiriləcək. (Ünvan: Bakı şəhəri, İçəri şəhər, Maqomayev küçəsi 11-13; BP Enterprise Mərkəzinin yanı).

Təlimin eksperti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərovdur.

Ardını oxu...
 

Məhkəmədə vəkillik bacarıqları mövzusunda təlim

ABA CEELI-nin Bakı ofisi vəkillər və digər praktik hüquqşünaslar üçün “Məhkəmədə vəkillik bacarıqları” mövzusunda 2 günlük təlim təşkil edəcək.

Təim 20 və 21 oktyabr 2012-ci il tarixlərdə saat 10:00-dan 17:00-dək ABA CEELI-nin Bakı ofisində keçiriləcək (ünvan: Bəşir Səfəroğlu küçəsi 133, SAT Plaza, 4-cü mərtəbə).

Təlimi yerli ekspertlər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının  üzvü Türkel Süleymanlı və Hüquq Maarifçiliyi Cəmiyyətinin Prezidenti İntiqam Əliyev aparacaqlar. 

Ardını oxu...
 

İş yerlərində əməyin mühafizəsinin təmin olunması” mövzusunda seminar keçirilib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi” Proqramı çərçivəsində “Ədalətli və əlverişli əmək şəraitinin təmin olunması” layihəsi çərçivəsində “İş yerlərində əməyin mühafizəsinin təmin olunması” mövzusunda  seminar keçirmişdir.

08 oktyabr 2012-ci il tarixində Azərbyacan Həmkarlar İttifaqları Konfederasiyasının  binasında keçirlən seminarda Həmkarlar İttifaqlarının əmək müfəttişləri (o cümlədən texniki əmək müfəttişləri, hüquq müfəttişləri və həkimlər), Həmçinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək müfəttişləri iştirak etmişdir.

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Səhifə 7 > 12-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...