Xəbərlər

Keçmiş ərim qızımı əlimdən ala bilər?

Remedium Hüquq Klinkasının hüquqşünası Qiyafət Xeyirxəbərli vətəndaşın ailə məsələsi ilə bağlı sualını aşağıdakı kimi cavablandırdı.

Sual

Salam. Sizə sualım var. Mən evli olmuşam və bir qızım var ilk evlilikdən. İndi yenidən ailə qurmaq istəyirəm. Qızımın atası evlənməyib və hər həftə də görüşür qızı ilə. O məni hədəliyir ki, ərə gedən kimi uşağı əlindən alacam. Bilmək istərdim Azərbaycan qanunu bu haqda nə deyir. Əvvəlcədən minnətdaram cavabınıza görə.

Ardını oxu...
 

Azərbaycan Respublikasının Vəkillər Kolegiyasının Rəyasət Heyətinin məlumatı

Azərbaycan Respublikasının Vəkillər Kolegiyasının Rəyasət Heyəti “Vəkillik və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbuluna başlayır.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillə Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər.

Ardını oxu...
 

ABA CEELI-nin Davamedici Hüquq Təhsil proqramında yenilik

ABA CEELI-nin Bakı ofisinin yaydığı məlumata əsasən Amerika Hüquqşünaslar Assosiasiyası CEELİ Inc. (ABA CEELİ) və EKVITA hüquq şirkəti təcrübəli hüquqşünaslar üçün yeni Davamedici Hüquq Təhsili (“DHT”) təlim proqramının başlanmasını elan etmişdir.

Əlavə olaraq ABA CEELI və EKVITA hüquq şirkətinin birgə yaydığı press relizdə hal-hazırda Azərbaycanda məcburi DHT tələbi olmasa da, mütəmadi təkmilləşmənin bütün uğurlu hüquqşünasların ən yaxşı ənənələrindən biri kimi qalması bildirilib. Həmin ənənəyə uyğun olaraq, təcrübəli hüquqşünasları aylıq DHT tədbirlərində iştirak etməyə dəvət etməyə çox şad olduqları, ABA CEELİ və EKVITA tərəfindən birlikdə təşkil olunan bu tədbirlərdə iştirak, tələblərə uyğun gələn bütün hüquqşünaslara təmənnasız olaraq təklif olunacağı qeyd edilib.

Təlimlərin mövzuları, mühazirəçiləri və digər təfərrüatları qabaqcadan elan olunacaq.

Təlim iştirakçıları seçilərkən dil bilikləri nəzərə alınacaq və ədalətli bölgü prinsipinə riayət etməklə qərar veriləcək.

Ardını oxu...
 

Dövlət rüsumunun yeni məbləğləri


Remedium Hüquq Klinikası vətəndaşın dövlət rüsumlarının məbləğləri ilə bağlı sualını aşağıdakı kimi cavablandırdı.


SUAL

Salam. Mən Sumqayıt şəhər sakiniyəm. Mənim yaşlı atamdan notariusda sənədin surətinin təsdiqlənməsi üçün 1 sənədə 6 manatdan cəmi 36 manat pul alıblar. Sənədin arxasında isə "2.50+2.50=5 manat dövlət rüsumu alınıb" qeyd olunub. Bu nə dərəcədə doğrudur? Mənim zənnimcə bu iş üçün rüsum çox az 0,25 manat olmalıdır. Xahiş edirəm sualımı cavablandırasınız. Təşəkkür.

Ardını oxu...
 

Diplomum apostil möhürü olmadan tanına bilər?

Remedium Hüquq Klinkası xaricdə təhsil almış vətəndaşın "diplomum apostil möhürü olmadan tanına bilər?" sualını aşağıdakı kimi cavablandırdı.

SUAL

Mən 1996-cı ildə Moskva Dövlət Turizm və Xidmətlər Universitetinin iqtisadiyyat fakultəsini bitirmişəm. 2009-cu ilə qədər Rusiyada ixtisasim üzrə işləmişəm. 2010-cu ildən Azərbaycanda qeyri hökumət təşkilatında baş mühasib işləyirəm.2012-ci ilin oktyabr ayında dövlət təşkilatına işə girmək istədim. Mənə dedilər ki, xarici dövlət tərəfindən verilmiş diplom Azərbaycanın Təhsil Nazirliyi tərəfindən leqallaşdırılmalıdır. Oktyabr ayında sənədlərimi Təhsil Nazirliyinə təqdim etmişəm. Bir aydan sonra mənə məktub gəlib ki, diploma Rusiya Təhsil Nazirliyində apostil möhürü vurulmalıdır.Mən Rusiyanın Təhsil Nazirliyinə müraciət etmişəm.Oradan mənə cavab veriblər ki, 1.Azərbaycan və Rusiya dövlərləri arasında razılaşma var ki, bir ölkənin verdiyi diplom o biri ölkədə apostil möhürü olmadan da leqallaşdırıla bilər. 2.Apostil üçün diplomu şəxsən təqdim etmək lazımdır. Bütün bunlar barəsində məsləhət verməyinizi Sizdən xahiş edirəm.

Ardını oxu...
 

Aldadılmağımı istəmirəm.

Remedium Hüquq Klinkası vətəndaşın sualını aşağıdakı kimi cavablandırdı.

SUAL

Salam mən avtomobil almışam amma avtomibilin sahibinə 4000 AZN borclu qaldığım üçün o, mənə hər 16 ay 250 AZN ödə qurtaranda maşını keçirərəm adına deyir. Amma mən sözün açığı qorxuram bilmirəm necə edim ki, sonda o, məni aldatmasın. Mən hansı yolla onunla qanun çərçivəsində sənəd imzalayım ki, sonda nə o, nə də mən aldanmayım.

Ardını oxu...
 

İnzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü vətəndaşın hüquq və azadlıqlarının məhkəmə təminatının pozulması hesab edilə bilərmi?

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiya) 71-ci maddəsinin VI və VII hissələrinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir (1, səh.23). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir və  məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə həyata keçirilməsi Konstitusiyanın 125-ci maddəsinin I hissəsində təsbit edilmişdir (1, səh.48).

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (1, səh.19). Bu normanın mənasına görə şəxsin məhkəmə müdafiəsi hüququ hər hansı bir çərçivə ilə məhdudlaşdırıla bilməz və bütün məhkəmə instansiyalarına aiddir. Hüquq və azadlıqların müdafiəsinə dair məhkəmə təminatı hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüququdur.

Ardını oxu...
 

"İnsan alveri" mövzusunda təlim

ABA CEELI-nin Baki ofisinin yaydığı məlumata əsasən vəkillər və digər praktik hüquqşünaslar üçün “İnsan alveri” mövzusunda bir günlük təlim təşkil ediləcək.

Təlim 26 Yanvar 2013-cü il tarixdə saat 10:00-dan 17:00-dək ABA CEELI-nin Baki ofisində keçiriləcək (Ünvan: Bəşir Səfəroğlu küçəsi 133, SAT Plaza, 4-cü mərtəbə).

Təlim “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyin sədri Əlövsət Əliyev aparacaq.

Ardını oxu...
 

Məişət Zorakılığı

Cəmiyyətimizdə ailə münasibətlərində məişət zorakılığı artmaqda davam edir. Bu mənfi halın aradan qaldırılması, ailə münasibətlərində qadın və kişi bərabərliyinin təmin edilməsi,gələcəyimiz olan uşaqların sağlam mühitdə tərbiyə olunması üçün mübarizə aparmalı, hüquqlarımızı qorumalıyıq. "Məişət Zorakılığı" adlı video məsləhətin əsas məqsədi insanları "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tanış etməkdir.

Ardını oxu...
 

10 dekabr – Beynəlxalq insan hüquqları günüdür!

1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur.

İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Belə ki, hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına malikdir.

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Səhifə 6 > 12-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...