Xəbərlər

Yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın hüquqi əsasları və inzibati məhkəmə icraatı çərçivəsində baxılması qaydası

Bu məqalədə müəlliflər şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın hüquqi və praktiki əsaslarını, habelə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı məsələyə inzibati məhkəmə icraatı çərçivəsində baxılması qaydasını izah etmişlər.

Mövzunu izah etməzdən əvvəl istərdik ki, şəxsin yaşayış yeri və olduğu yer anlayışlarını fərqləndirək. Şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Ardını oxu...
 

Vəkilliyə namizədlər üçün təlim kursları.

ABA CEELI-nin Baki ofisinin yaydığı məlumata əsasən ABA CEELI-nin Baki ofisi vəkilliyə namizədlərin test imtahanına hazırlığına kömək məqsədilə təşkil olunacaq təlim kurslarında iştirak üçün ərizələrin qəbulunu elan edib.

Təlimlərdə 25-30 vəkilliyə namizədin iştirakı nəzərdə tutulub. Təlim kurslarını müxtəlif hüquq sahələri üzrə tanınmış praktik və nəzəriyyəçilər aparacaqlar. Təlimlərdə iştirakçılar mülki və mülki prosessual, cinayət və cinayət prosessual, inzibati, ailə, əmək qanunvericiliyi və s. sahələr üzrə biliklərini möhkəmləndirəcəklər. Təlimlər interaktiv yolla, test və kazusların həlli formasında keçiriləcək.

Ardını oxu...
 

Kredit (borc) müqavilələrinə dair borclunun riskləri üzrə zamin hansı məsuliyyəti daşıyır?

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmovun Hüquq.tv-nin Vəkil Saatı verlişində "Kredit (borc) müqavilələrinə dair borclunun riskləri üzrə zamin hansı məsuliyyəti daşıyır?" mövzusunda çıxışını təqdim edirik.

Ardını oxu...
 

“Neft Hasilatının Pay Bölgüsünün Müqavilə Xüsusiyyətləri” mövzusunda seminar

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosasiyasının (AYNHA) yaydığı məlumata əsasən gənc hüquqşünaslar və hüquq tələbələri üçün Neft Hasilatının Pay Bölgüsünün Müqavilə Xüsusiyyətlərimövzusunda seminar təşkil ediləcək.

Seminar 06 İyul 2013-cü il tarixdə saat 11:00-dan  başlayaraq AYNHA-nın ofisində keçiriləcək (Ünvan: İstiqlalliyyyət 57, ADİU ilə üzbə-üz).

Seminarı ARDNŞ-nin Beynəlxalq layihələrin hüquqi təminatı şöbəsinin müdiri Kamil Vəliyev aparacaq.

 

Ardını oxu...
 

SUALLAR VƏ CAVABLAR

SUAL: Salam. Mən Zaqatala rayonu sakiniyəm. Ötən il keçmiş həyat yoldaşım ilə boşanmışıq. Birgə nikahdan bir övladımız var. Hal-hazırda keçmiş həyat yoldaşım Bakı şəhərində yaşayır və övladım da onunladır. Sualım ondan ibarətdir ki, Ailə Məcəlləsində belə bir qeyd var ki, boşanmış valideynlər uşağın yaşayış yerini birgə müəyyən etməlidirlər (və ya hər iki valideynin razılığı olmalıdır). Oğlum anası ilə Bakı şəhərində olduğuna görə onunla görüşə bilmirəm və ya bu çətindir. Keçmiş həyat yoldaşım Zaqatala rayonu ərazisində qeydiyyatda olduğu üçün mən onun Bakı şəhərində saxlamaması barədə məhkəmədə iddia qaldıra bilərəm?

Ardını oxu...
 

İddia müddəti ilə bağlı məsələlər

İddia müddəti nədir və o, necə tətbiq edilir?

İddia müddətinə Mülki Məcəllənin 372.2-ci maddəsində anlayış verilmişdir. Həmin maddəyə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il müəyyən edilmişdir.Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər (maddə 373.4). Bununla bağlı qeyd etməyi zəruri hesab edirik ki, Mülki Məcəllənin 551.2-ci maddəsi məhz bu normaya uyğun olaraq aşağıdakı tələblər üzrə fərqli (uzadılmış), 5 illik iddia müddəti nəzərdə tutur:

Ardını oxu...
 

Hüquqşünas İsrayıl İmamlı: Beynəlxalq hüquqla dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqəsinin nisbəti

 

Beynəlxalq hüquq normasının məzmunu beynəlxalq hüquq subyektinin malik olduğu hüquqdan və digər subyektin (subyektlərin) həmin hüquqa uyğun olaraq öz üzərlərinə götürdüyü vəzifədən ibarətdir. Doğrudur, beynəlxalq hüquq və öhdəliklər təkcə beynəlxalq hüquq normalarından irəli gəlmir. Hər hansı beynəlxalq məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı, BMT Təhlükəsizlik Şurasının qətnaməsi və ya dövlətin birtərəfli qaydada verdiyi bəyənat da müvafiq öhdəlik doğura bilər.

Ardını oxu...
 

Valideynlərimin birgə əmlakından pay əldə edə bilərik?

Remedium Hüquq Klinkası vətəndaşın "birgə əmlakla" bağlı sualını aşağıdakı kimi cavablandırdı.

Sual

Salam. mənim atamla anam 1984-cü ildə nikaha daxil olublar. Nikahdan 2 övladları var 1984 və 1987 təvəllüdlü. Ev anamın adındadır. 2004-cü ildə alinib, yəni nikah dövründə. Evdə atam, anam, qardaşim öz oğlu və yoldaşıyla və mən oğlumla qeydiyyatdayıq və faktiki yaşayırıq. Sual: Əgər atamla anam nikahlarına xitam versələr ev necə bölünməlidir? Ümumi əmlak 7 hissəyəmi bölünəcək ya 2?

Ardını oxu...
 

Validenylik hüququndan məhrum etmənin və ikinci nikahdan uşağın olmasının alimentə münasibətdə təsiri necə olacaq?

Remedium Hüquq Klinkası vətəndaşın "valideynlik hüququndan məhrumetmə və alimentlə" bağlı sualını aşağıdakı kimi cavablandırdı.

Sual

Salam. Mən bir məlumatı sizdən öyrənmək istərdim. Əgər atalıq hüququndan məhrum edilirsə o halda aliment ödənilir? Uşağı ölkədən çıxararkən atadan icazə alınmalıdırmı, əgər atalıq hüququndan məhrum edilibsə? Birdə bilmək istərdim əgər ata ikinci nikahdan da övladı varsa onda birinci uşağa görə alimentin miqdarı nə qədər azalır?

Ardını oxu...
 

Dövlət qulluğuna qəbul: müsabiqələrin keçirilməsi ilə bağlı bəzi problemlər

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi dövlət qulluğu sahəsində də əsaslı islahatlar aparılmışdır. Bu sahədə fəaliyyətin səmərəliliyini artırmaq, həmçinin qulluğa layiqli şəxslərin qəbul ola bilmə imkanlarını genişləndirmək üçün bir sıra normativ hüquqi aktlar qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 19-cu bəndinə əsasən dövlət qulluğu məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar arasındadır.

Konstitusiyanın qəbulundan sonra dövlət qulluğu sahəsində bir sıra qanunlar qəbul olunmuşdur. Bunlara misal olaraq 1 sentyabr 2001-ci ildən qüvvəyə minən “Dövlət qulluğu haqqında”, 31 may 2007-ci il tarixli “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarını və s. normativ aktları misal göstərmək olar.

 

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Səhifə 5 > 12-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...