Xəbərlər

Sığorta hüququ ilə bağlı hüquq ədəbiyyatı işıq üzü görüb

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən “Yeni hüquq ədəbiyyatı” layihəsi çərçivəsində Dr. Mübariz Yolçiyevin müəllifliyi ilə “Sığorta hüququnda Sığortaçının varisliyə əsaslanan reqres hüququ” hüquq dərsliyini çap edib.

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin Azərbaycan Hüquqşünasları Konfederasiyası ilə əməkdaşlığı nəticəsində 1000 tirajla çap edilən kitab pulsuz olmaq şərtilə gənc hüquqşünaslar, tələbələr, hüquq sahəsi üzrə təlim keçirən QHT-lərə, həmçinin digər aidiyyatı qurum və şəxslərə paylanacaq.

Ardını oxu...
 

“Qadın Təşəbbüsləri” Layihəsinə start verildi.

Remedium Hüquq Mərkəzi öz resursları hesabına “Öz biznesini qur” şüarı ilə “Qadın Təşəbbüsləri” Layihəsini həyata keçirir.

Layihənin məqsədi aşağıdakılardır:

  • qadınları peşəkar şəkildə kommersiya fəaliyyəti ilə məşğul olmağa təşviq etmək;
  • qadınları kommersiya fəaliyyətlərində hüquqi məsləhətlərlə dəstəkləmək;

Layihənin vəzifəsi:

  • qadın sahibkarların kommersiya fəaliyyətinin hüquqi müşayiətini təmin etməkdir.

 

Ardını oxu...
 

"Öyrən, Liderlik et, Xidmət göstər!" təlim proqramı

Müsbət Dəyişiklik gənclər hərəkatının yaydığı məlumata əsasən Müsbət Dəyişiklik gənclər hərəkatı yeni "Learn, Lead, Serve" - "Öyrən, Liderlik et və Xidmət göstər" təlimlər proqramını həyata keçirir. Bu layihə çərçivəsində gənc fəallar və ya öz icmasına, cəmiyyətə xidmət etmək istəyən gənclər arasından seçiləcək 20 gənc üçün fəaliyyətlərin planlaşdırması, ideyaların reallaşdırması üçün ilkin biliklərin əks olunduğu təlim/seminarlar keçiriləcək.

Ardını oxu...
 

“Məişət zorakılığına qarşı mübarizə” mövzusunda təlim

ABA CEELI-nin Baki ofisinin yaydığı məlumata əsasən ABA CEELİ vəkillər və praktik hüquqşünaslar üçün  “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda bir günlük təlim təşkil edəcək.

 

Təlim 12 oktyabr 2013-cü il tarixdə, saat 10:00-dan 17:00-dək ABA CEELI-nin Baki ofisində keçiriləcək (Ünvan: Bəşir Səfəroğlu küçəsi 133, SAT Plaza, 4-cü mərtəbə (Şaxmat məktəbinin yanı)).

 

Tədbiri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Şəfa Camalzadə və Sevinc Əliyeva aparacaqlar.

Ardını oxu...
 

“Əlillik və inkluziv cəmiyyət” mövzusunda təlim

ABA CEELI-nin Baki ofisinin yaydığı məlumata əsasən ABA CEELI-nin Baki ofisi 28 sentyabr 2013-cü il tarixdə “Əlillik və inkluziv cəmiyyət” mövzusunda təlim təşkil edəcək. Təlim əlil şəxslərin hüquqları maraqlanan hüquqşünaslar üçün nəzərdə tutulub.

Təlimi aparan şəxs, Elnur Eyvazovdur. O, görmə qabiliyyəti olmayan hüquqşünasdır. Məşhur Columbia, Oxford və Cambridge universitetlərindən hüquq üzrə 3 magistr dərəcəsinə sahibdir. Bakı Dövlət və Virginia universitetlərində bakalavr təhsili alıb və hazırda Bakı Dövlət Univeristeti, Qafqaz Universiteti və Azərbaycan Diplomatiya Akademiyasında işləyir.

Ardını oxu...
 

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1-ci, 430.2.1-ci və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Ardını oxu...
 

Press-reliz

Remedium Hüquq Mərkəzi ictimai fəallığı artırmaq, gənc hüquqşünasların elmi yaradıcılıqla məşğul olmasına kömək etmək, hüquqla bağlı müxtəlif məlumatların əldə edilməsini çatımlı olmasını təmin etmək məqsədi ilə “açıq qapı” siyasətini davam etdirməkdədir.

 

Ardını oxu...
 

Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu başlanmışdır

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar 2 sentyabr 2013-cü il tarixdən prokurorluğa işə qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu prosesinə başlanmışdır.

Ardını oxu...
 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin məlumatı

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 29 avqust 2013-cü il tarixli qərarına əsasən, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulu 04 noyabr 2013-cü il tarixə qədər uzadılmışdır.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillə Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər.

Ardını oxu...
 

Sizi təhdid edirlər?

Remedium Hüquq Klinikası vətəndaşın sualını cavablandırdı.

Sual

Salam, mən 15 yaşındayam. Bir oğlan məni davamlı təhdid edir. Məni öldürəcəyini, gördüyü yerdə mənə zərər yetirəcəyini deyir. Məndən başqa mənim dostumu da narahat edir. Məndən buna görə bir dəfə pul istədi, mən də verdim. Yenə də məndən əl çəkmir. Mənə yazdığı mesajları silsəm də, çıxartdıra bilərəm. Feysbuk ünvanımda yazdığı mesajlar qalır. Anamın bu məsələdən xəbəri var. Oğlan çox əsəbi və təhlükəli insandır. Dostumu bir dəfə döyüb. Mən nə edə bilərəm?

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Səhifə 4 > 12-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...