Xəbərlər

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranmışdır.

Müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcəkdir.

 

Ardını oxu...
 

Təlimçilər üçün təlim

Amerika Hüquqşünaslar Assosasiyasının (ABA CEELI) Bakı Ofisinin yaydığı məlumata görə, ABA CEELI vəkillər və praktik hüquqşünasların təlim keçmə bacarıqlarının inkişaf etdirilməsi və onların gələcəkdə təlimçi kimi fəaliyyət göstərmələrinə zəmin yaratmaq məqsədilə "Təlimçilər üçün təlim" adlı təlimi təşkil edəcək.

ABA CEELI iştirakçıların seçimi ilə bağlı tələbləri aşağıdakı kimi müəyyən edib.

Ardını oxu...
 

Əmək münasibətləri əmək müqaviləsi elektron qaydada qeydiyyata alındıqdan sonra qüvvəyə minəcək.

Məlum olduğu kimi, əmək müqaviləsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilmişdir.

Dəyişikliyə əsasən, əmək qanunvericiliyində işlədilən əsas anlayışların siyahısına “əmək müqaviləsi bildirişi” əlavə olunmuşdur. Belə ki, “əmək müqaviləsi bildirişi” dedikdə, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəd başa düşülür.

 

 

Ardını oxu...
 

Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar məsələlər

Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir.

Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

Ardını oxu...
 

Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələri haqqında 1980-ci il BMT Konvensiyası

Beynəlxalq ticarət dövriyyəsi iştirakçılarının ehtiyaclarının təmin edilməsi üçün istifadə etdiyi müqavilə öhdəliklərinin əsas növü əmtəələrin beynəlxalq alqı-satqısı müqaviləsidir. XX əsrin ortalarından başlayaraq təsərrüfat subyektləri arasında mübadilənin digər formalarının inkişaf etməsinə baxmayaraq, bu müqavilə hələ də dünya iqtisadiyyatı çərçivəsində münasibətlərin tənzimlənməsində öz başlıca rolunu qoruyub saxlayır [6, s. 3].

Alqı-satqı müqaviləsinə tətbiq edilən milli hüquq normalarında bir çox fərqlər mövcuddur. Bu fərqlər dövlətlər arasında müqavilə şərtlərinin hazırlanmasında və onların pozulması zamanı hüquqi nəticələrin müəyyən edilməsində problemlər yaradır. Təbii ki, qeyd edilən problemlər beynəlxalq ticarətin inkişafına mane olan amillərdəndir. Buna görə də, alqı-satqı müqaviləsinin hüquqi tənzimlənməsinin beynəlxalq unifikasiyası zərurəti yaranmışdır [7, s. 5].

Ardını oxu...
 

Avropa Məhkəməsində şikayətlərə baxılması qaydası: şikayətlərin qəbuledilənliyi mövzusunda təlim

Amerika Hüquqşünaslar Assosasiyasının (ABA CEELI) Bakı Ofisinin yaydığı məlumata görə, ABA CEELI vəkillər və praktik hüquqşünaslar üçün “Avropa Məhkəməsində şikayətlərə baxılması qaydası: şikayətlərin qəbuledilənliyi” mövzusunda təlim təşkil edəcək.

Təlim 08 fevral 2014-cü il tarixdə, saat 10:00-dan 17:00-dək ABA CEELI-nin Bakı ofisində keçiriləcək (Ünvan: Bəşir Səfəroğlu küçəsi 133, SAT Plaza, 4-cü mərtəbə).

Təlimi Avropa İnsan Hüquqları Məhkəməsində işləmiş hüquqşünas Könül Qasımova aparacaq.

Ardını oxu...
 

"Xüsusi fərqlənmə nişanı" və "Fərqlənmə nişanı"nın alınması qaydaları

Hal-hazırda həm hüquqi, həm də fiziki şəxslər sifarişlə və ya öz ehtiyaclarını və ya istehsal fəaliyyətini təmin etmək məqsədilə sərnişin və ya yük daşıma xidmətlərini şəxsi və ya istifadələrində olan avtomobillərlə həyata keçirirlər. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sifarişlə sərnişin və yük daşıma xidmətlərinin göstərilməsinə görə“Fərqlənmə nişanı”, öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasına görə “Xüsusi fərqlənmə nişanı” alınması nəzərdə tutulur.

Ardını oxu...
 

10 dekabr – Beynəlxalq insan hüquqları günüdür!

1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur.

İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Belə ki, hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına malikdir.

Ardını oxu...
 

BMT-yə fərdi şikayətlərin verilməsi və onlara baxılması proseduru” mövzusunda təlim

Amerika Hüquqşünaslar Assosasiyasının (ABA CEELI) Bakı Ofisinin yaydığı məlumata görə ABA CEELI vəkillər və praktik hüquqşünaslar üçün “BMT-yə fərdi şikayətlərin verilməsi və onlara baxılması proseduru” mövzusunda təlim təşkil edəcək.

Təlim 30 noyabr 2013-cü il tarixdə, saat 10:00-dan 17:00-dək ABA CEELI-nin Bakı ofisində keçiriləcək (Ünvan: Bəşir Səfəroğlu küçəsi 133, SAT Plaza, 4-cü mərtəbə).

Təlimi hüquqşünas Erkin Qədirli aparacaq.

Ardını oxu...
 

“Xüsusi ittiham qaydasında cinayət təqibinin nəzəri və praktiki problemləri” mövzusunda təlim

Amerika Hüquqşünaslar Assosasiyasının (ABA CEELI) Baki Ofisinin yaydığı məlumata görə ABA CEELI vəkillər və praktik hüquqşünaslar üçün  “Xüsusi ittiham qaydasında cinayət təqibinin nəzəri və praktiki problemləri” mövzusunda təlim təşkil edəcək.

Təlimin məqsədi cinayət qanunvericiliyinin tətbiqi zamanı problemli məsələlərin müzakirə olunmasından ibarət olduğu bildirilir.

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Səhifə 3 > 12-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...