Xəbərlər

«ASAN xidmət» göstərdiyi xidmətlərin yeni siyahısını və rüsumları açıqlamışdır.

"ASAN xidmət" mərkəzlərində rüsumlar - (yenilənmiş siyahı)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 11 fevral tarixli Fərmanı ilə "ASAN xidmət" mərkəzlərində göstərilən xidmət növlərinin sayı artırılmış, dövlət başçısı vətəndaşlara daha geniş sahələr üzrə keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi barədə ciddi tapşırıqlar vermişdir. Bu gün insanlar "ASAN xidmət" mərkəzlərindən geniş şəkildə istifadə edir. Ən çox soruşulan suallar isə xidmətlərin siyahısı və rüsumları ilə bağlıdır.

Ardını oxu...
 

Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla iki ay müddətində:

Ardını oxu...
 

Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulu elanı

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr (qızlar üçün 160 santimetr), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Ardını oxu...
 

Yaralandı Xocalım

"Yaralandı Xocalım" filmi Remedium Hüquq Mərkəzinin üzvləri tərəfindən hazırlanmış və Xocalı Soyqırımına həsr edilib. Filmdə səslənən "Yaralandı Xocalım" şerinin müəllifi Pərvanə Dünyamalıqızıdır. "Yaralandı Xocalım" şeri Əsmət Fətəli tərəfindən səsləndirilmişdir.

 

Ardını oxu...
 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun sahibkarlara nə vəd edir?

2 iyul 2013-cü il tarixdə qəbul edilən və 29 avqust 2013-cü il tarixdə dərc edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun nəhayət ki, 01 mart 2014-ci il tarixdə qüvvəyə minməklə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilib yoxlamalar zamanı sahibkarların işini asanlaşdıracaq.

 

Ardını oxu...
 

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında əsasnamə

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Əlavə 1

1. Ümumi müddəalar


1.1. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, ölkə iqtisadiyyatında struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, rəqabətin qorunması, inkişafı və təşviqi, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, daxili ticarət, xarici iqtisadi və ticarət əlaqələri, regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Ardını oxu...
 

“Ali hüquq təhsili” anlayışına Konstitusiya Məhkəməsi necə şərh verəcək?

Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Respublikası  Konstitusiyasının 130-cu maddəsinin IV hissəsində və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası  Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda “Ali hüquq təhsili” anlayışının şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılmışdır. Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 28-nə təyin edilmiş iclasında baxılacaqdır.

Ardını oxu...
 

VALİDEYNLİK HÜQUQLARINDAN MƏHRUMETMƏ HALLARI, QAYDASI VƏ MƏHRUMETMƏNİN HÜQUQİ NƏTİCƏLƏRİ

Ümumiyyətlə qeyd etməliyik ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Onlar uşaqlarının hüquq və qanunla qorunan mənafelərinin müdafiə edilməsi üçün öhdəlik daşıyırlar. Buna görə də, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Qanunvericiliyə əsasən, valideynlər uşaqlarının tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa və biganəliyə yol verə bilməzlər. Qeyd edim ki, valideynlik hüquqları həyata keçirilən zaman uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu məsuliyyət tədbirlərindən biri valideynlərin valideynlik hüquqlarından məhrum edilməsidir.

 

Ardını oxu...
 

Hansı yerlərdə siqaret çəkmək qadağandır?

Tütün məmulatlarının istehlakına dair məhdudiyyətlər “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:

-     tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;

-     inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində;

-     yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə;

-     uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində.

Ardını oxu...
 

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir.

Ədliyyə Nazirliyinin rəsmi saytının yaydığı məlumata əsasən Remedium Hüquq Mərkəzinin Mətbuat Xidməti bildirir ki, Ədliyyə Nazirliyinin kadr korpusunun layiqli gənc mütəxəssislərlə komplektləşdirilməsi istiqamətində mütəşəkkil qaydada işlər davam etdirilir və Müsabiqə Komissiyası hazırda onuncu müsabiqə üzrə test imtahanında uğur qazanmış namizədlərlə fərdi qaydada söhbət keçirməklə yanaşı növbəti açıq müsabiqə elan edir.

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Səhifə 2 > 12-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...