Warning: include(/home/remedium/public_html/plugins/joomfish/defines.php) [function.include]: failed to open stream: No such file or directory in /home/remedium/public_html/index.php on line 3

Warning: include() [function.include]: Failed opening '/home/remedium/public_html/plugins/joomfish/defines.php' for inclusion (include_path='.:/usr/lib/php:/usr/local/lib/php') in /home/remedium/public_html/index.php on line 3

Warning: session_start() [function.session-start]: Cannot send session cookie - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/libraries/joomla/session/session.php on line 423

Warning: session_start() [function.session-start]: Cannot send session cache limiter - headers already sent (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/libraries/joomla/session/session.php on line 423

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/libraries/joomla/session/session.php on line 426

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/plugins/system/jfrouter.php on line 316

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/plugins/system/jfrouter.php on line 317

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/plugins/system/jfrouter.php on line 318
Xəbərlər
Xəbərlər

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mövcud olan praktikanı dəyişdi.

Belə ki, Cinayət-Prosessual Məcəlləyə edilmiş yeni dəyişikliyə əsasən bundan sonra zərər çəkimiş şəxsi nümayəndə qismində müvafiq etibarnaməsi olan vəkil, ya da qohumu təmsil edə biləcək. Bu cür dəyişiklik isə VƏKİL olmayan şəxslərin cinayət prosesində iştirakının məhdudlaşdırılmasını daha da möhkəmləndirir.

Ardını oxu...
 

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çərçivəsində AYNHA-nın təşkilatçılığı ilə beynəlxalq səviyyədə bir çox beynəlxalq inkişaf bankları tərəfindən tanınan və beynəlxalq tikinti sahəsində uğurla istifadə edilən FIDIC müqavilələri barədə “FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri” mövzusunda iki günlük 27-28 sentyabr tarixlərində təlim keçirildi. Təlim Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev tərəfindən keçirilmişdir.

Ardını oxu...
 

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov bütün mərhələlərdən uğurla keçərək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü seçilərək vəkil adını qazanıblar. Remedium Hüquq Mərkəzinin kollektivi onları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edir.

Ardını oxu...
 

İxtisar aparılan müəssisədə işçilərin hüquqları

Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev Huquq.tv-də "Müəssisədə işçilərin sayı azaldılarkən və ştatlar ixtisar olunarkən işçilərin hüquqları" barədə çıxışını diqqətinizə çatdırırıq.

Ardını oxu...
 

Nikahın Pozulmasını Tələb Etmək Hüququnun Məhdudlaşdırılması.

Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev Huquq.tv-də "ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması və arvadın bu dövr ərzində hüquqları" barədə çıxışını diqqətinizə çatdırırıq.

 

Ardını oxu...
 

FIDIC müqavilələri ilə bağlı təlim Bakıda

Matrix-Seminars Ltd-dən Remedium Hüquq Mərkəzinə daxil olan məlumata əsasən, FIDIC müqavilələrinin praktiki istifadəsi ilə bağlı təlimlərin keçirilməsi üçün FIDIC tərəfindən akkreditə olunmuş Matrix-Seminars Ltd 28 aprel 2014-cü il tarixdə Bakıda 1 günlük təlim təşkil edəcək.

Təlimdə əsasən FIDIC müqavilələrinin 4 əsas formasının (Red, Yellow, Silver and Gold Books) praktiki istifadəsi ilə bağlı ətraflı məlumat veriləcək.

Təlimin keçirilmə yeri və vaxtı: 28 aprel 2014-cü ildə Hyatt Regency Otelində (Bakı şəhəri, İzmir küçəci 1033 ünvanında) keçiriləcək.

Təlimçi: Beynəlxalq tikinti, infrastruktur və s. bu kimi layihələr üzrə 20 ildən artıq iş təcrübəsi olan, FIDIC müqavilələrin praktiki istifadəsi ilə bağlı təlimləri keçmək üçün akkreditə olunan, Çin Beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyası, Şanxay Beynəlxalq Arbitraj Mərkəzi və Dubay Beynəlxalq Arbitraj Mərkəzinin  arbitraj panel üzvü, İngiltərə vəkillər kollegiyasının üzvü William Godwindir.

Ardını oxu...
 

Remedium HM-nın sədri FİDİC müqavilələri ilə bağlı təlimdə iştirak etdi.

Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev 2014-cü ilin mart ayının 19 - 21 tarixlərində İngiltərənin London şəhərində keçirilən FİDİC (İnternational Federation of Consulting Engineers) təlimlərində iştirak etmişdir. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirak etdiyi təlim böyük marağa səbəb olub.

Təlim Çin Beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyası və Dubay Beynəlxalq Arbitraj Mərkəzinin arbitraj panelinin və İngiltərə vəkillər kollegiyasının üzvü, London Universitetinin müəllimi William Godwin tərəfindən keçirilmişdir. Təlimin əsas mövzusu Qızılı (Design-Build-Operate) və Gümüşü (EPC/Turnkey) FİDİC kitablarının praktiki istifadəsi ilə bağlı olub. Təlimdə əsas diqqət daha çox istifadə edilən EPC/Turnkey müqavilələrinə yönəldilmiş, müqavilələrin kiçik detalları xüsusilə təlim iştirakçılarının nəzərinə çatdırılmışdır. İnteraktiv şəkildə keçirilmiş təlim iştirakçıların FİDİC sahəsi ilə bağlı bir sıra vacib və əhəmiyyətli məlumatlara yiyələnmələrinə kömək olmuşdur.

Ardını oxu...
 

“Qadın Təşəbbüsləri” Layihəsi başa çatdı

Remedium Hüquq Mərkəzi öz resursları hesabına “Öz biznesini qur” şüarı ilə “Qadın Təşəbbüsləri” Layihəsini həyata keçirib.

Layihənin əsas məqsədləri qadınları peşəkar şəkildə kommersiya fəaliyyəti ilə məşğul olmağa təşviq etmək, qadınları kommersiya fəaliyyətlərində hüquqi məsləhətlərlə dəstəkləmək idi.

Layihə çərçivəsində Remedium Hüquq Mərkəzinin mütəxəssislərinə müraciət edən qadın sahibkarların kommersiya fəaliyyətinin hüquqi müşayiəti təmin edilib.

 

Ardını oxu...
 

Miqrasiya Məcəlləsi ilə Əmək Məcəlləsi arasında ziddiyyət var?

Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə xarici hüquqi şəxsin baş ofisindən uzun müddətli (90 gündən çox) ezamiyyətə göndərilən işçilərlə iş icazəsi alındıqdan sonra əmək müqavilələrinin kiminlə (filial yoxsa baş ofis) və hansı ölkənin qanunvericiliyinə əsasən bağlanılması məqamında Əmək Məcəlləsi ilə ziddiyyət təşkil etdiyi fikirləri hələ də səslənməkdədir. Əslində Miqrasiya Məcəlləsi qüvvəyə minməklə bir çox məqamlara aydınlıq gətirərək Əmək Məcəlləsi ilə bir birini tamamladı.

Belə ki, Miqrasiya Məcəlləsinin məqsədi:

  • əmək müqaviləsinin harada bağlanılmasını deyil hansı müddətə bağlanılmasını;
  • miqrantın iş icazəsi aldıqdan sonra əmək funksiyasına başlamalı olduğunu və bunun müddətini müəyyən etməkdir.

Əmək Məcəlləsinin məqsədi isə işçi ilə işəgötürən arasında yaranan hüquq və öhdəliklərin tənzimlənməsi, işçinin hüquqlarının qorunmasıdır. Əmək müqaviləsinin bağlanılmasının məcburi olmasının səbəbi bu məqsədə nail olmanın asanlaşdırılmasıdır.

Ardını oxu...
 

Azərbaycanda terrorla hədələməyə və terrorçuluq məqsədilə təlim keçməyə görə cəzalar sərtləşdirilir

Azərbaycanda terrorçuluq hərəkətlərinin törədiləcəyi ilə hədələməyə, terrorçuluğu maliyyələşdirməyə qarşı cəzalar sərtləşdirilir, eyni zamanda terrorçuluq məqsədilə təlim keçmə cinayət məsuliyyəti kimi nəzərdə tutularaq buna görə yeni cəzalar tətbiq olunur.

APA-nın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 214-cü maddəsinə əlavə və dəyişikliklər edilir.

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Səhifə 1 > 12-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...