Məqalələr

İnsan hüquqlarına hörmət evdən başlayır: məcburi köçürdülmə və mənzillərin dağıdılması beynəlxalq hüquq kontekstində

Hazırkı araşdırma ölkədə sayı yüzminlərlə olan "qanunsuz tikililərdə" məskunlaşmış insanların narahatedici taleyi ilə yaxından əlaqəli olan bir məsələnin- evlərin dağıdılması və vətədaşların məcburi köçürdülməsi zamanı riayət edilməli olan milli və beynəlxalq hüquqi öhdəliklər və hüquqi müdafiə mexanizmləri və təcrübəsi haqqında mülahizələr haqqındadır. Mülahizələrdə problemin beynəlxalq insan hüquqları üzrə sənədlərin tələblərinə uyğun həllinin əhəmiyyəti vurğulanaraq, dövlətin beynəlxalq öhdəlikləri ilə səsləşən tövsiyyə və təkliflər irəli sürülmüşdür. Bununla yanaşı, Azərbaycanın qarşılaşdığı narahatedici problemi insan hüquqlarına və ləyaqətinə hörmət anlayışı və dövlətin konstitusion və beynəlxalq öhdəlikləri işığında həll etməyə təşviq etmək məqsədi ilə beynəlxalq hüquqi müdafiə mexanizmləri haqqında məlumat verilməklə Azərbaycan dövlətini bu məsələnin həllində həyati əhəmiyyətli beynəlxalq yanaşmaları nəzərə almağa sövq etməyin yolları göstərilmişdir.

Ardını oxu...
 

Əcnəbi fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının Avropa İnsan hüquqları Konvensiyasına əsasən müdafiəsi

Əcnəbilərin əmlak hüquqlarından danışarkən ilk öncə bunun nə demək olduğunu, hansı hüquqları özündə ehtiva etdiyini aydınlaşdırmaq lazımdır. “Mülkiyyət” və ya “əmlak” anlayışı çox geniş çərçivədə şərh olunur. O, iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapan bu münasibətlərin təsir dairəsinə hansı obyektlərin daxil olmasını müəyyən etmək vacib şərtdir, belə ki, təşəkkül tapmış presedent hüququna əsasən, 1-ci maddənin təsir dairəsinə asağıdakı obyektlər daxildir:

Ardını oxu...
 

Ifadə Azadlığının Beynəlxalq hüquqi və milli aspektləri

İfadә azadlığı  demokratik cәmiyyәtin  vacib tәrkib hissəsi olan vә bir çox digər әsas insan hüquqlarının həyata keçirilmәsi üçün zəruri olan beynəlxalq insan hüquqları qanunlarında tәsbit edilmiş әsas insan hüququdur. Bu informasiya vә fikirlәrin sәrbəst mübadilәsi, siyasi seçimlәr haqqında açıq müzakirә və hökumәtin hərәkətlәrinә ictimaiyyət tərәfindәn nәzarәtә imkan yaradan hüquqdur. Azәrbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Tәşkilatı üzvü olaraq, əsas beynәlxalq vә regional insan hüquqları sazişlәrinə qoşularaq ifadә azadlığı hüququna riayәt etmək vә onu mühafizә etmək öhdәliyi daşıyır. İfadə azadlığı bir çox digәr әsas insan hüquqlarının hәyata keçirilmәsi üçün başlıca şәrt olan beynәlxalq insan hüquqları qanununda tәmin edilmiş әsas hüquqdur. İfadә azadlığı fərdlәrәöz fikirlərini ifadә etmәk sәlahiyyәti verir. İfadә azadlığı informasiya vә fikirlərin sərbəst mübadilәsi, siyasi seçimlər haqqında açıq müzakirә, vә hökumətin hərәkətlәrinә ictimaiyyәt tәrəfindәn nәzarətә imkan yaratdığından, demokratik cәmiyyәt üçün çox vacibdir.

Ardını oxu...
 

Azərbaycanda qanunsuz tikili problemi

Azərnaycanda qanunsuz tikili problemi artıq pik həddə çatıb. İş o yerə çatıb ki, artıq problem Prezident səviyyəsində etiraf olunur. Prezident İlham Əliyev 2010-cu ilin may ayının 7-də keçirilən müşavirədə bu problemə münasibət bildirib. Əslində Prezidentin çıxışında problem, onun yaranma səbəbləri açıq-aydın öz əksini tapıb. Gəlin həmin çıxışa birlikdə diqqət yetirək: “Qanunsuz binalar Bakıda əfsuslar olsun ki, artıq bir əsrdən çoxdur ki, tikilir... Orada yaşayan insanların yaşayış problemləri həll olunmalıdır. Onlar əlbəttə ki, oradan köçürülməlidir. Ancaq onlara kompensasiya verilməlidir.......Özbaşına kim gedib qanunsuz nəsə edə bilər. Edə bilər, amma kütləvi qaydada bunu etmək mümkün deyil… Yəni, bu, təkcə bir yerdə olsaydı, bir istisna hal kimi qəbul oluna bilərdi. Ancaq, bu, bütün ölkəmizi bürüyüb. Buna son qoyulmalıdır. Biz bu rüşvətxorluğa son qoymalıyıq… Ən böyük günah onlara o yerləri verən şəxslərdədir. Neft buruqlarının içində torpaq ayrılır ki, evlər tikilsin. Camaat da gedib orada - neftin içində ev tikib. Orada necə yaşamaq olar?! Bu, birbaşa xəstəlikdir. Bu icazəni verən bunu bilmirdimi? Bilirdi. Onu insanın sağlamlığı maraqlandırmır, ancaq öz cibi maraqlandırır… Şəhəri planlı şəkildə inkişaf etdirmək üçün ən böyük problem bu qanunsuz tikililərdir… O qanunsuz tikililər yığışdırılmalıdır. Ancaq lazımi səviyyədə kompensasiya ödənilməlidir ki, orada yaşayanlar razı olsunlar.”

Ardını oxu...
 

Cırtdanın nağılı

Biri var imiş, biri yox imiş, bir qoca qarı var imiş. Bu qarının bir balaca oğlu var imiş.  Bu uşaq o qədər balaca imiş ki, buna Cırtdan deyirlərmiş.
Bir gün Cırtdan gördü ki, qonşunun uşaqları meşəyə odun yığmağa gedirlər. Gəlib anasına deyir ki, ay ana, uşaqlar ilə mən də odun yığmağa gedirəm.
Uşaqlar gedib meşəyə odun toplayırlar və hərə öz odununu götürüb geri qayıtmağa başlayır. Qayıdanda bu uşaqlar yolu azırlar. İki yol arasında qalırlar. Biri it hürən tərəf olur, o biri yol isə işıqlı yol olur. Cırtdan o biri uşaqlara deyir ki, gəlin işıq gələn tərəfə gedək, yoxsa o biri yolnan getsək it bizi yeyər.

Ardını oxu...
 

Dəm qazı və yaşamaq hüququ

Yaşamaq hüququ insanın ən təbii hüquqlarından biri, hətta ən başlıcasıdır. Çünki, yaşamaq hüququ olmadan digər hüquqlar öz mənasını itirir. Yaşamaq hüququ Universal İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsində, Mülki və Siyasi Hüquqlar Haqqında 1966-cı il Beynəlxalq Paktının 6-cı maddəsində və Əsas Hüquqlar və Azadlıqlar Haqqında Avropa Konvensiyasının 2-ci maddəsində ifadə olunmuşdur.

Ardını oxu...
 

Nizami Gəncəvi və insan hüquqları

Nizami Gəncəvi böyük bir mütəfəkkirdir. Onun əsərlərini hər dəfə oxuyanda özün üçün nəsə yeni bir şey kəşf edirsən.
İlk baxışdan fikirləşirsən ki, Nizami Gəncəvi 12-ci əsrdə yaşayıb yaratmış bir şairdir. Onun əsərlərində müasir mənada, özü də hüquqla əlaqədar bir şey tapmaq olmaz. Lakin, bu fikir kökündən yanlışdır.

Ardını oxu...
 

Təcrübədə məhkəmə qərarlarının icrası

Azərbaycanın hüquq sistemində problemli sahələrdən biri məhkəmə qərarlarının icrası məsələsidir. Şəxsin hər hansı məhkəmə aktında nəzərdə tutulan hüququnun dövlət məmurunun vasitəsilə həyata keçirilməsinə olan hüququ onun əsas hüquqlarından biridir. Təsadüfi deyil ki, Avropa İnsan Hüquqları Məhkəməsi Hornsbi Yunanıstana qarşı məhkəmə işində belə qərara gəlib ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. AİHM-nın presedent hüququna görə, AİHK-nın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) dinləmədən sonrakı prosedurları, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.

Ardını oxu...
 

Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı” ilə bağlı qərarı və ifadə azadlığı

İfadə azadlığı demokratiyanın əsas sütunlarından biridir. Demokratik cəmiyyətin formalaşması üçün (təbii ki, yaşamaq və azadlıq hüququndan sonra) yığıncaqlar və birləşmək azadlığı və seçki hüququ ilə bərabər ifadə azadlığı çox mühüm elementlərdən biridir.
Bu baxımdan da bir dövlətin ifadə azadlığına müdaxiləsi ilə onun avtoritar və ya demokratik rejim olmasını müəyyən etmək olur.
İfadə azadlığı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin və Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddələrində, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində təsbit olunmuşdur.

Ardını oxu...
 

Dolu qarın Tezisi

Bir çox hüquq sahələri kimi, insan hüquqları da müəyyən təsnifata tabedir. Başlıca, təsnifatlardan biri kimi vətəndaş və siyasi hüquqlar, iqtisadi, sosial və mədəni hüquqlar ayırımını göstərmək olar. 1966-cı il Beynəlxalq Paktlarının adında da bu hüquqlar öz əksini tapıb. Bundan əlavə, insan hüquqlarının təsnifatından danışarkən insan hüquqlarının 3 nəslə bölünməsi diqqəti cəlb edir.
Birinci nəsil hüquqlara vətəndaş (ingiliscə mətndə “civil” deyə keçir, Azərbaycan dilinə bəzən “mülki” kimi tərcümə olunur) və siyasi hüquqlar aiddir. Birinci nəsil hüquqlara təbii hüquqlar da deyilir. Birinci nəsil hüquqlara misal kimi, yaşamaq hüququnu, azadlıq hüququnu, sərbəst toplaşmaq hüququnu, ədalətli məhkəmə araşdırması hüququnu, ifadə azadlığını, seçki hüququnu və s. göstərmək olar.
İkinci nəsil hüquqlara iqtisadi, sosial və mədəni hüquqlar aiddir. Bu hüquqlara misal kimi mənzil hüququ, təhsil hüququ, əmək hüququ, sağlamlıq hüququ və s. göstərmək olar.

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 3 Növbəti > Axırıncı >>

Səhifə 3 > 3-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...