Məqalələr

Uşaq kimi yaşamaq istəyirəm

Bu həyat hekayəsi 9 yaşlı Aytənin anlatdıqları əsasında qələmə alınıb. Həmin binaya təzə köçmüşdüm. Hər gün şahid olduğum və nəticəsində özüm üçün dərs götürdüyüm bir hekayəni sizə anlatmağı qərara aldım. Başlayaq lap əvvəldən. Günlərin bir günü haqqında yazdığım qızı binanın önündə görüb yanıma çağırdım.

Ardını oxu...
 

Təhsil hüququnun reallaşması gələcəyimizin təminatıdır

Azad və Salman eyni məktəbdə oxuyur, eyni məhəllədə qalırlar. Hər gün dərsə birgə gedib gəlir, möhkəm dost olaraq tanınırlar. Hamı məhəllədə onların bir-birinə qardaşdan da yaxın olduqlarını hesab edir, ayrılmaz dostlar olaraq tanınırlar. Lakin bu iki gəncin ortaq baxışları olsa da ailələri fərqlidir. Azadın atası iki universitet bitirsə də fəhləliklə ailəsini dolandırır. Salmanın atası isə atasının təzyiqi ilə orta təhsilini doqquzuncu sinifdə dayandıraraq bizneslə məşğul olaraq birindən pis yaşasa da beşindən yaxşı dolanır. Ailələrinin fərqli imkanlara malik olmasına baxmayaraq dostlar bunu heç vaxt hiss etmir, bu fərqlilik münasibətlərinə təsir etmir.

Ardını oxu...
 

Hüquqlarımı pozan sənsən

Fiziki, bəzən maddi cəhətdən cəmiyyətdə, işdə tutduğu vəzifədən asılı olmayaraq zəif fərdlər zorakılığa, qeyri insani rəftara, insan ləyaqətini alçaldan rəftara məruz qalaraq inkişafdan, arzuladığı gələcəyə sahib olmaqdan məhrum olurlar. Bu həm cəmiyyətdə, həm iş həyatında, həm ailədə, həm məktəbdə, həm cəzaçəkmə müəssisələrində, həm də digər bu kimi yerlərdə mövcuddur. Yaşadığımız cəmiyyətdə yuxarıda sadaladığım pozuntuların əksəriyyəti ən çox ailədə baş verir və qadınlara qarşı törədilir. Ailə kiçik bir dövlət, dövlətin gələcəyi olduğu üçün zorakılıqlar öz mənfi təsirini cəmiyyətə əks etdirir.

Ardını oxu...
 

Bərabərliyi mülkiyyətimi müdafiə edərək qazanacam

Hər kəs qanun və məhkəmə qarşısında bərabər hüquqludur. Lakin insan mülkiyyət  hüquqlarının, əmlakının lazımınca qorunmaması reallıqda hüquqi bərabərsizliyə gətirib çıxarır. Demokratiyanın inkişaf etmədiyi ölkələrdə sosial, cinsi, yaş və status bərabərsizliyi insanların qanun qarşısında bərabərsizliyinə səbəb olur. Sosial bərabərsizlik insanların varlı - kasıb, savadlı - savadsız, müdir - fəhlə, kişi - qadın, valideyn - uşaq, inhisarçı - sahibkar və bu kimi təbəqələrə bölgüsünün nəticəsində meydana gəlir. Hər bir təbəqədən olan insan bir mülk, əmlak sahibi olmaqla digər insanlarla eyni hüquqlara malik olduğu üçün öz hüquqlarını müdafiə edib hər bir halda əmlakını əlində saxlayır və onu artırmağa çalışır.

Ardını oxu...
 

Ayrıseçkiliyi aradan qaldıraq

Keçmişdən bu günə kimi insanlar arasında münasibətlər inkişaf edir, təkminləşir, insanlar arasındakı bərabərsizlik aradan qalxmağa başlayır. Bu ilk növbədə özünü qadın kişi münasibətlərində göstərir. Demokratiyanın, insan hüquqlarının inkişafı ilə qadınlar cəmiyyətdə, siyasi və sosial həyatda öz yerini tutmağa başlayaraq “Qadın hüquqları” adı altında öz hüquqlarını müdafiə etməyə başlayırlar. Bir sıra beynəlxalq və yerli qanunlarla insanların cinsinə görə ayrıseçkiliyə məruz qalması qadağan olunaraq hər kəsin qanun qarşısında bərabər olduğunu bildirilir. İnsan hüquqlarının inkişafı ilə böyük bir tendensiya yayılmağa başladı. Bu böyük tendensiya “Qadın Hüquqları” adı altında inkişaf edərək bu gün də öz aktuallığını saxlayır. Hər kəs qanunla müdafiə olunmasını istəyir. Həmin insanın müdafiə olunma ehtiyacı onun zəif olmasından irəli gəlir. Yaşadığımız cəmiyyətdə kişilər də, qadınlar da, həmin cinsdən olan əlillər də, uşaqlar da qanun qarşısında bərabər olsalar da, hər an müdafiəyə ehtiyac duyurlar. Hal-hazırda qadınların daha çox zorakılığa, ayrıseçkiliyə məruz qaldığını iddia edənlər “Qadın hüquqları” termininin meydana gəlməsinin tərəfdarı olaraq bu hüququn inkişafına şərait yaratmışlar. Səbəb cəmiyyətdə qadınlara qarşı ayrıseçkilik və zorakılığın mövcud olmasıdır. Demokratiyanın səviyyəsi inkişaf etmiş olan ölkələrdə belə qadınlara qarşı zorakılıq halları davam etməkdədir. Səbəb qadın hüquqlarının inkişaf etməməsi deyil, səbəb insan hüquqlarının inkişaf etməməsi, insanların zorakılığa meylli olması, ailədə belə tərbiyə alması, təhsil səviyyəsinin aşağı olmasıdır.

Ardını oxu...
 

Sərbəst toplaşmaq azadlığı

Müasir dövrün diqqət mərkəzində olan aktual problemlərdən biri də insan hüquq və azadlıqlarıdır. Bəşəriyyətin bütün tarixi insan hüquqları haqqında təsəvvürlərin  formalaşması və inkişafı tarixi kimi özünü göstərir. Bu və ya digər cəmiyyətdə insan hüquqlarının tanınması və qorunması bilavasitə həmin cəmiyyətin forması, humanizm səviyyəsi, onun nə dərəcədə liberal olması, ümumi dövlətçiliyin inkişaf dinamikası ilə müəyyən olunur.
Məlumdur ki, insan hüquqlarının tanınması və müdafiəsi ideyası ilk öncə dövlət daxili hüquqda təzahür etmişdir. Hər bir insan fərdi doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir ki, bu da əsasən təbii hüquq nəzəriyyəsi tərəfindən daha ətraflıca öyrənilir. Həmin hüquq və azadlıqları təmin etmək və qorumaq dövlətin ən ali vəzifəsi kimi təzahür edir. Bu məqsədlə zəruri qanunvericilik atları qəbul olunur, mövcud qanunvericilik reallıqlarla uzlaşdırılır və s.

Ardını oxu...
 

Bir tikə çörək

Bizə öz təbii haqlarımızı sayan,onların mahiyyətini dərk etməyə çağıran müəllimimiz soruşardı: Azadlıq nədir? Uşaqların cavabıysa beləydi: “küçədə sərbəst dolaşmaq,istəyəndə qışqırmaq və s.” Bu cavabı nəzərə almış olsaq,indiki hakimiyyət təbii ki,ölkədə demokratiyanın varlığını sübut etməkdə çətinlik çəkməz.
Kifayət qədər demokratik qanunlarımız var. Amma bu sadəcə kağız üzərində qalmaqla məhdudlaşır. Bu tip ölkələrsə,demokratik deyil,demokratiyaya keçid prosesini yaşayan dövlətlər statusuna malikdir.

Ardını oxu...
 

Hüquq və azadlığımız uşaqlıqdan pozulur

İlk öncə, qeyd edim ki, mövzu seçərkən çox tərəddüd etdim, lakin araşdırmalardan sonra İnsan hüquq və Azadlıqlarının pozulmasının mənbəyini aşkar etdim. Hesab edirəm ki, İnsan Hüquqlarının pozulması öz mənbəyini ifadə azadlığı pozulmasından götürür və beləliklə, bu da öz növbəsində digər hüquq pozuntularının inkişafına təkan verir. Hüquq ictimaiyyətinin bu məsələyə münasibətini araşdıranda tamamilə fərqli bir yanaşmanı şahidi oldum. Hüquq ictimaiyyəti ifadə azadlığı hüququnun pozulmasının əsas səbəbkarı kimi dövləti görür. Bu fikirə qatılıram, lakim hesab edirəm ki, heç də həmişə bu hüququn pozulması dövlət tərəfindən törədilmir. Bildiyimiz kimi, insan dünyaya gəlir, müxtəlif mərhələləri keçərək böyüyür, təhsil alır, özünü dərk etməyə, cəmiyyətdə yerini tapmağa başlayır. Bütün bu mərhələlərdə insan ifadə etmək, fikir söyləmək, özünü müdafiə etmək, tənqid etmək bacarığına sahib olsa da, bu imkanlara sahib olmur. Qeyd olunanların və pozuntunun nə qədər önəmli olduğunu göstərmək üçün insanın müxtəlif mərhələlərdə belə pozuntularla qarşılaşdığını və onların təsirini müəyyən edib göstərmək istərdim.

Ardını oxu...
 

Azərbaycanda yığıncaqlar və birləşmək azadlığının tətbiqi

İnsanların doğulduğu və  hətta ana bətnində olarkən əldə etdiyi hüquqlar var. Bu hüquqlardan biri də həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də İnsan Hüquq və  Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasında əksini tapmış Yığıncaqlar və Birləşmək Azadlığıdır.
Qədim dövrlərdən insanlar müxtəlif qruplar halında yaşayıb və müxtəlif vaxtlarda yenə qrup halında birləşərək üsyanlar ediblər.
Lakin indiki zamanda, yəni 21-ci əsrdə artıq bu cür hüquqlar daha da təkmilləşdirilib.
Yığıncaqlar- Hər kəsin dinc toplaşmaq azadlığı vardır.

Ardını oxu...
 

Mülkiyyət hüququ və onun qorunması yolları

İqtisadi hüquqlar arasında ən əsas hüquq mülkiyyət hüququdur. Mülkiyyət hüququ ən qədim hüquqlardandır. 1793-cü il Fransa konstitusiyasında göstərilirdi ki, mülkiyyət hüququ hər bir vətəndaşa məxsusdur və o öz istədiyi kimi bu hüquqdan istifadə edə bilər. Yəni bütün insanların mülkiyyəti toxunulmazdır və əgər bir gün hansısa şəxs tərəfindən bu toxunulmazlıq pozularsa o zaman dövlət bu hüququn bərpa edilməsi baxımından müəyyən addımlar atır.
Mülkiyyət hüququ Azərbaycan Respublikası konstitusiyasının 29-cu maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüququnun anlayışı bu cürdür: “mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.” Bu 3 hərəkət: sahiblik, istifadə və sərəncam vermək qədim Roma hüquqşünasları tərəfindən müəyyənləşdirilib. Müasir dövrdə bunlara  tələb hüququ da əlavə olunub.
Mülkiyyətin ümumilikdə müxtəlif növləri müəyyənləşdirilib:

Ardını oxu...
 
<< Başlamaq < Əvvəlki 1 2 3 Növbəti > Axırıncı >>

Səhifə 2 > 3-dəan

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...