İnsan hüquqlarına hörmət evdən başlayır: məcburi köçürdülmə və mənzillərin dağıdılması beynəlxalq hüquq kontekstində

Hazırkı araşdırma ölkədə sayı yüzminlərlə olan "qanunsuz tikililərdə" məskunlaşmış insanların narahatedici taleyi ilə yaxından əlaqəli olan bir məsələnin- evlərin dağıdılması və vətədaşların məcburi köçürdülməsi zamanı riayət edilməli olan milli və beynəlxalq hüquqi öhdəliklər və hüquqi müdafiə mexanizmləri və təcrübəsi haqqında mülahizələr haqqındadır. Mülahizələrdə problemin beynəlxalq insan hüquqları üzrə sənədlərin tələblərinə uyğun həllinin əhəmiyyəti vurğulanaraq, dövlətin beynəlxalq öhdəlikləri ilə səsləşən tövsiyyə və təkliflər irəli sürülmüşdür. Bununla yanaşı, Azərbaycanın qarşılaşdığı narahatedici problemi insan hüquqlarına və ləyaqətinə hörmət anlayışı və dövlətin konstitusion və beynəlxalq öhdəlikləri işığında həll etməyə təşviq etmək məqsədi ilə beynəlxalq hüquqi müdafiə mexanizmləri haqqında məlumat verilməklə Azərbaycan dövlətini bu məsələnin həllində həyati əhəmiyyətli beynəlxalq yanaşmaları nəzərə almağa sövq etməyin yolları göstərilmişdir.

 


Bəziləri qanunsuz zəbt edilən və inşa edilən tikililərdə yaşayan şəxslərin mənzillərinin sökülməsini və məcburi köçürdülmələrə məruz qalmasını hər bir halda “qanunən yolverilən” "qaçılmaz", "labüd" və ya "inkişafın əvəzi" kimi təhlükəli yanaşmalar ilə qəbul edirlər.
Bununla bərabər, məcburi köçürdülmələrin və qanunsuz tikililərin sökülməsi hallarının baş verməsi bəzi hallarda labüd və qaçılmaz olsa da, bu hərəkətlərin (zorakı köçürdülmələrin və mənzillərin dağıdılması) təcrübəsi göstərir ki, kobud insan hüquqları, xüsusi ilə yaşayış yeri (mənzil) hüququnun pozulması ilə müşahidə olunan müdaxilələrin, sosial yoxsullaşma, evsizliyin artması, cəmiyyətdə iri miqyaslı fiziki, psixoloji və emosional travmalar, sağlam və təhlükəsiz yaşamaq imkanlarının məhdudlaşdırılması, məktəblərdən uşaqların çıxarılması, mənzil qiymətlərinin sürətli artımı, sosial təcrid olunmaların miqyasının genişlənməsi və sair kimi narahatedici və iri miqyaslı problemlərin yaranmasına gətirib çıxardığı nəzərə alınaraq beynəlxalq hüquqda bu tədbirlər bütövlükdə haqq qazandırılan və qanunla yolverilə bilən həmçinin beynəlxalq insan hüquqları üzrə hüquqi sənədlərin tələblərinə maksimum cavab verməsi tələb olunur və nəzərdən keçirilir.

Evsizliyi fərdi çətinlik kimi qəbul edən anlayışı bütün nüfuzlu beynəlxalq insan hüquqları instutları qəbul etmir. Dövlətlərin şəxslərin insan ləyaqətinə və insan hüquqlarına uyğun olaraq sosial hüquqlarının təmin olunması insan hüquqlarının əsas tələbi kimi qəbul edilir. Şəxslərin evsizliklə qarşılaşması onları beynəlxalq və milli qanunvericilikdə təsbit olunan hüquqlarından-təhlükəsiz və insan ləyaqətinə uyğun yaşayış şəraiti hüququ, mənzil hüququ, təhsil hüququ və bunun təsirləri nəticəsində digər əsas insan hüquqları və azadlıqlarından məhrum edir.

Şəksiz olaraq, bir şəxsin məcburi olaraq yaşadığı torpağından, mənzilindən evsizliyə tərk edilməsi ilə nəticələnən məcburi köçürdülmə təkcə şəxsə yox, ailəyə, ev təsərrufatına və icmaya qarşı ən acı ədalətsizlikdir. İllərlədir ki, hakimiyyət orqanları tərəfindən müdaxilə və əngəllər yaradılmadan inşa edilən evlər, qurulan ailələr və qonşuluqlar, yaradılmış təsərrufatlar, yerli məkana uyğunlaşmalar kimi maraqların hüquqən müdafiə olunmaması yolverilməzdir.


“Yaşayış yeri hüququ” bu bir neçə gün öncə 63 üç illiyi qeyd olunan ilk beynəlxalq insan hüquqları mexanizmində - İnsan Hüquqları üzrə Beynəlxalq Bəyannamənin 25-ci maddəsində tanındıqdan sonra, bu hüquq iqitisadi sosial və mədəni hüquqlara dair beynəlxalq konvensiyanın 11-ci maddəsində və digər beynəlxalq və regional insan hüquqları konvensiyalarında daha da möhkəmləndirildi.
Beləki, bu sahədəki beynəlxalq statistika da mövcud reallığın narahatediciliyini əks etdirir: BMT-nin hesablamalarına görə təxminən dünyada 1 milyardadək insan xarabalıqlarda, pis şəraitli qeyri adekvat yaşayış məskənlərində yaşamaqla beynəlxalq insan hüquqlarının onlara tanıdığı əsas imtiyazlardan kafi səviyyədə yararlanmaqdan da məhrum olmaqdadır. Yenə hesablamalara görə 100 milyon evsiz insan dünyada əsas insan hüquqlarından məhrum olmaqdadır.


Qanunsuz tikililər olduğu əsası ilə şəxslərin və xüsusi ilə də çoxsaylı qruplarının məcburi köçürdülmələrə məruz qoyulması adətən bu hərəkətin haqq qazandırılması üçün irəli sürülən əsas arqumentlər adətən bunlardır: inkişaf və insfrastruktur layihələrinin yan effektləri, şəhərsalma qaydalarının və ətraf mühitin mühafizəsi tələbləri, dövlət qurumlarının balans torpaqları, təbii sərvətlərdən istifadə və s.


Qanunsuz tikilinin yerləşdiyi ərazinin dövlət orqanın balansında olması özü-özlüyündə qanunsuz tikilinin sökülməsi üçün legitim məqsəd sayıla bilməz. Konstitusiyada müəyyən edilən “dövlətin ali məqsədinin hərkəsə layiqli həyat şəraitinin təmin edilməsi”, həmçinin, milli qanunvericiliyin tərkib hissəsi olan ratifikasiya edilmiş beynəlxalq hüquqi sənədlərdə təsbit olunan standart yaşayış şəraiti hüququ (insan hüquqları üzrə beynəlxalq bəyannamənin 25-ci maddəsi) şəxsi və ailə həyatı hüququ (Avropa insan hüquqları Konvensiyasının 8-ci maddəsi)  və adekvat yaşayış yeri hüququnun (iqtisadi, sosial və mədəni hüquqlar dair konvensiyanın 11-ci maddəsi) mövcudluğu dövlətlərdən öz yurisdikasiyası altında olan şəxslərə qarşı bu hüququn müdafiə olunması üzrə beynəlxalq öhdəliklər qoymaqla fərdlərə bu hüquqların müdafiə edilməsi üzrə mexanizmlər təqdim edir. Hazırkı yazıda bu üç beynəlxalq insan hüquqları institutunun mənzi hüquqları üzrə müdafiə mexanizmlərindən bəhs ediləcəkdir.

Zorakı köçürdülmələr və mənzil hüquqları: beynəlxalq insan hüquqları kontekstində.

İnsan Hüquqları üzrə Ümumi Bəyannamə maddə 25.1. (1948)

Adekvat yaşayış hüququ beynəlxalq səviyyədə tanınan universal hüquq olaraq yüzdən çox dövlətin konstitusiyasında təsbit olunmaqdadır. Bu hüquq hər kəsə tanınan hüquqdur. Adekvat yaşayış hüququ ilk dəfə 1948-ci il tarixli Universal İnsan Hüquqları bəyannaməsində təsbit olunmuşdur. Bəyannamədə iştirakçılar bəyan etmişdirlər:
Hərkəsin özü və ailəsi üçün ərzaq, geyim, mənzil, tibbi yardım və lazımi sosial xidmətlər də daxil olmaqla, sağlamlıq və rifah üçün standart yaşayış şəraiti əldə etmək hüququ var və işsizlik, xəstəlik, fiziki qabiliyyətsizlik, dul qalma, qocalma və ya nəzarət edilə bilinməyən digər səbəblərdən yaşayış vəsaiti olmadığı hallarda sosial müdafiə hüququ var.

Adekvat yaşayış yeri hüququ üzrə xüsusi məruzəçi
BMT institutu daxilində dünyanın hər yerində yaşayış yeri hüququnun təşviq etmək və bu sahədəki pozulma faktlarını və şikayətlərini qeydə alaraq BMT İnsan Hüquqları Şurasına hesabat təqdim etmək mandatına malik olan Adekvat yaşayış yeri hüququ üzrə Xüsusi Məruzəçi fəaliyyət göstərir.
Adekvat yaşayış yeri hüququna hörməti təmin etmək və bu hüququn müdafiəsini təşviq etmək üçün Xüsusi Məruzəçi üç effektiv səlahiyyətə malikdir: İnsan Hüquqları Şurasına təqdim edilən illik hesabatlar, ümumi və tematik hesabatlar; Ölkələrə missiya səfəri etməklə, yerlərdə adekvat yaşayış yeri hüququna dair hüquqların vəziyyətini müşahidə etmək; adekvat yaşayış hüquqları pozulmaları ilə bağlı hökümətlərə təcili çağırışlar etmək. Bu üç vasitənin effektivliyi Xüsusi Məruzəçiyə həmin ölkələrdəki vətəndaş cəmiyyəti və qeyri hökümət təşkilatları tərəfindən təqdim edilən və göndərilən məlumatlardan və hesabatlardan asılıdır. Xüsusi Məruzəçinin mandatı pozulmalara qarşı adekvat cavab vermək üçün olduqca çatımlıdır.
Bir qayda olaraq təhqirəmiz və siyasi dil üslubunda olan müraciətlər nəzərə alınmır. Müraciətlər gərək faktların dəqiq və konkret təsvirini müəyyən etməyə imkan versin. Məlumat istənilən şəxslər və ya şəxslər qrupu tərəfindən təqdim edilə bilər. Xüsusi Məruzəçi hərkəsdən bu sahədə olan pozuntu və narahatlıqlarla bağlı məlumatları istənilən formatda aşağıdakı əlaqə vasitələri ilə qəbul edir. Şikayətlərin təhlili və hökümətlər üzrə hesabatların hazırlanması zamanı şikayətçilərin və müraciətçilərin konfidensiallığı tam qorunur.
Şikayətlər aşağıdakı vasitələr ilə göndərilə bilər:

Elektron ünvan: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
Fax: +41 22 917 90 06
və ya poçt ünvanı:l: OHCHR-UNOG
8-14 Avenue de la Paix
1211 Geneva 10
Switzerland
Xüsusi Məruzəçi
Xanım Raquel ROLNIK
(Braziliya)
Elektron ünvan: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.


İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında beynəlxalq Konvensiya (1966)


Yuxarıda da qeyd edildiyi kimi, adekvat yaşayış şəraiti hüququ beynəlxalq insan hüquqları üzrə bəyannamənin 25-ci maddəsində yer almışdır. 25 (1)-ci maddəyə görə “hər bir şəxs özünün və ailəsinin kifayət qədər qidalanmasını, geyimini, yaşayış yerini və həyat şəraitinin daimi yaxşılaşmasını əhatə edən münasib həyat səviyyəsi hüququna malikdir”. İştirakçı dövlətlərdən isə bu hüququn həyata keçirilməsi üçün müvafiq tədbirlər görülməsi tələb olunur. Sonralar bu hüquq iqtisadi, sosial və mədəni hüquqlar dair beynəlxalq konvensiyanın 11 (1)-ci maddəsində və BMT-nin eyni adlı Komitəsi çərçivəsində aydın və qüvvətli ifadələr ilə daha da möhkəmləndirilmişdir.
İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq konvensiyada müəyyən olunmuş yaşayış  yeri hüququ sonralar BMT-nin iqtisadi, sosial və mədəni hüquqlara dair komitəsi tərəfindən qəbul edilən ümumi şərhlərində (4 saylı “adeqvat yaşayış yeri hüququ” üzrə,  və  7 saylı “məcburi köçürdülmələr” üzrə) və dövlətlərin Komitəyə təqdim etdiyi dövri hesabatların nəzərdən keçirilməsinin yekun qeydlərində daha da genişləndirilmiş və bu hüququn reallaşdırılması və müdafiə olunması üçün dövlətlərin üzərinə konkret öhdəliklər qoymuşdur.

1987-ci il evsizlər üçün “beynəlxalq şelter” ilinin elan edilməsindən sonra BMT sistemi daxilində məcburi köçürdülmələrə və yaşayış yeri hüquqularına daha aydın diqqət verilməsinə və bu sahədə bir neçə beynəlxalq hüquqi sənədlərin təkminləşdirilməsinə gətirib çıxardı.
Hal-hazırda dünyada məcburi köçürdülmələrə məruz qalan şəxslərin yaşayış yeri hüquqlarının müdafiə edilməsi və bu hüquqa hörməti təmin etmək üçün BMT-nin iqtisadi, sosial və mədəni hüquqlara dair Komitəsində bir neçə müdafiə mexanizmi mövcuddur.

İqtisadi, sosial və mədəni hüquqlara dair Komitə 1985-ci ildə yaradılmışdır. Komitə ildə iki dəfə Cenevrede 18 müstəqil ekspertin iştirakı ilə üç həftəlik sessiyalarda toplaşır. İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq konvensiyanı qəbul etmiş ölkələr Komitəyə konvensiyanı ratifikasiya etdikdən iki il sonra hesabat təqdim edirlər. Bu ilk hesabatdan sonra dövlətlərdən hər 5 ildən bir konvensiyada təsbit olunan hüquqların həmçinin 11-ci maddədə təsbit olunan yaşayış yeri hüququnun vəziyyəti ilə bağlı hesabat vermək tələb olunur.

Baxmayaraq ki, iqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq konvensiya daha geniş yaşayış yeri hüquqlarını təsbit etməkdədir, bu institutda fərdi şikayətlər üzrə mexanizmlər mövcud deyildir. Fərdi şikayətlərin mümkün olduğu digər Komitələr isə məcburi köçürdülmələr prosesində baş verən digər pozuntular zamanı effektiv olar bilər. Bunlar İşgəncələrə qarşı Komitə, İnsan Hüquqları üzrə Komitə, Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının qadağan edilməsi üzrə Komitə. Konvensiyada qorunan və müdafiə olunan hüquqlar Konvensiyanı qəbul etmiş dövlətlərin bütün dövlət və məhkəmə orqanları üçün məcburidir və daxili qanunvericilkdə ratifikasiya edilmiş beynəlxalq müqavilələrə istinad dövlətin həm beynəlxlalq öhdəliyidir həm də hüquqən məcburidir.
Azərbaycan Respublikasında beynəlxalq konvensiyaların hüquqi qüvvəsi
Azərbaycan Respublikasının Konstitusiyasının 12 (II)-ci maddəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 148 (II)-ci maddəsinə əsasən  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. Konsititusiyanın 151-ci maddəsində beynəlxalq aktların hüquqi qüvvəsi dəqiq müəyyən edilməklə qeyd olunur ki Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.
Faydalı fakt:
Azərbaycan dövlətinin 2010-cu ildə təqdim etdiyi 3-cü dövri hesabatının 21-25 may 2012-ci il tarixlərində cenevrədə keçiriləcək dinləmələrdə nəzərdən keçirilməsi gözlənilir. Komitə dövlətləri hesabatını təqdim etmək üçün Cenevrəyə nümayəndə heyəti göndərməyə dəvət edir. Sessiyaların sonunda Komitə hesabata dair yekun müşahidələrini və tövsiyyələrini qəbul edərək nəşr edir və hökümətə növbəti hesabat ilinə və yaxud daha qısa zamanadək baş verən pozuntuların aradan qaldırılaraq Komitəni məlumatlandırmağa dair çağırır.



Avropa Məhkəməsi

Məcburi köçürdülmələrə və adekvat yaşayış yeri hüququna dair məsələlərdə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) öz presedent hüququnda Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulan şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun əhatəsi dairəsində özünün hüquqi mövqeyini ortaya qoymuşdur. Milli qanunvericiliyin tərkib hissəsi olan avropa presedent hüququnun oxşar məsələlərdəki hüquqi mövqeyi bu sahədəki problemlərin ədalətli həlli baxımından dövlətlərin hökümət və məhkəmə orqanları tərəfindən nəzərə alınmalı olan ən spesifik öhdəliklərdən olması mübahisə edilməzdir. Hüquqların məqsədinə uyğun şərh olunması baxımından daha aydın ifadə olunan olması Avropa Məhkəməsi yurisprudensiyasında məcburi köçürdülmələr və yaşayış yeri (mənzil hüququ) hüquqları üzrə məhkəmənin presedent hüququnun Azərbaycandakı bu sahədəki mövcud ciddi hüquq pozulmalarına səbəb olan zərərli praktikanın qarşısını alabiləcək qədər faydalı ola bilər.
İnsan hüquqları və əsas Azadlıqları haqqında Avropa Konvensiyasının (Konvensiya) 8-ci maddəsi, Konvensiyanı qəbul etmiş ölkələrin yursdiksiyası altında olan hərkəsin şəxsi və ailə həyatına, mənzilinə, və yazışma sirrinə hörmət hüququnu tanıyır. 8-ci maddənin 2-ci bəndinə görə isə, milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisiadi rifah maraqları naminə, iğtişaş və cinayətlərin qarşısını almaq, sağlamlığı, yaxud mənəviyyatı qorumaq və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
AİHM-nin Konvensiyada yer alan hüquqları genişləşdirici, “ədalətli tarazlılıq” və “demokratik cəmiyyətdə zəruri” ölçüləri çərçivəsində şərh etməsi yaşayış yeri (mənzil) hüququnun Konvensiyanın 8-ci maddəsinin (şəxsi və ailə həyatına, mənzilinə hörmət hüququ) və 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyətin müdafiəsi) əhatə dairəsində təminat altına alınaraq möhkəmləndirilməsi ilə nəticələnmişdir. Bununla bərabər, Konvensiyanın 3 -cü (işgəncələrin qadağan olunması) 6-cı (ədalətli məhkəmə araşdırması) və 14-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri də yaşayış yeri (mənzil hüququ) hüququ pozulmaları kontekstində şərh edilmişdir.
8-ci maddənin əhatə dairəsini təhlil edərkən iki mövzuya toxunmaq lazımdır:
Birinci mövzu, dövlətin bir şey etməmək öhdəliyi (şəxsi və ailə həyatına, mənzilə və yazşıma sirrinə müdaxilə etməmə öhdəliyi).
İkinci mövzu, 8-ci maddədə tanınan haqqların pozulması ehtimalı ilə əlaqəlidir.
8-ci maddənin 1-ci bəndinə əsasən burada müəyyən edilən hüquqlara hərkəsdən hörmət edilməsi tələb olunur. Bu pozitiv öhdəliyin əsasıdır.  Lakin, "bu haquqların istifadə edilməsinə hakimiyyət orqanlarının müdaxiləsini tənzimləyən" 2-ci bənddə neqativ bir öhdəlik müəyyən edlərək hakimiyyət orqanlarının səlahiyyətlərini məhdudlaşdırır. Pozitiv bir öhdəliyin olub-olmadığını müəyyən edərkən AİHM ümumilikdə cəmiyyətin ümumi maraqları ilə fərdin mənfəətləri arasında ədalətli tarazlığın qurulmasını nəzərdən keçirdir. Bu tarazlıq qurularkən, 8-ci maddənin 2-ci bəndində ifadə edilən məqsədlər qəbuledilən sayılır. Lakin bu qayda 1-ci bəndə müəyyən edilən və qorunan hüquqlara müdaxilə baxımından yəni bu hüquqlara hörmət öhdəliyinin təminatı kimi baxılmalıdır. Bu müdaxilə dövlətin hüququ yox, hörmət etmək öhdəliyində yolverilən istisnadır.

Avropa məhkəməsi Konvensiyanın 8-ci maddəsi üzrə yurispudensiyası altındakı  "pozitiv öhdəlik" anlayışını inkişaf etdirmiş, razılığa gələn dövlətin məcburi köçürdülmələr zamanı fəaliyyətini 8-ci maddənin tələbləri ilə məhdudlaşdırmaqla qalmayaraq, öz daxili qanunvericiliyində bu hüquqlardan istifadəni və ona hörməti qorumağı təmin etməyi tələb etmişdir.

Mənzil və mənzil hüququ anlayışı ilə bağlı məhkəmənin mövqeyi
Məhkəmə “Moreno Gomez v İspaniyaya qarşı” işdə gizliliyə münasibətdə mənzil anlayışı inkişaf etdirmişdir:  “mənzil fiziki olaraq müəyyən edilən ailə və şəxsi həyatın yerləşdiri sahədir”
Mənzil hüququnun ehtimal edilən pozuntusu baş verən zaman yaşayış yeri (mənzil) anlayışının müəyyən edilməsi Məhkəmənin presedent hüququna görə həll edici deyil (Gillow v. Birləşmiş Krallığa qarşı; Bukley v Birləşmiş Krallığa qarşı). Qanunsuz olaraq zəbt edilmiş yaşayış yeri də mənzil kimi nəzərə alınır. Mənzil anlayışı, mövcud olan (Loizidou v. Turkey, 18 December), mənzillərı, torpağı özündə ehtiva etməklə ənənəvi yaşayış məkanı ilə məhdudlaşmır (Bukley v Birləşmiş Krallığa qarşı).
“Konnor v Birləşmiş Krallığa qarşı” işdə (2004) Məhkəmə qərara almışdır ki, qaraçıların məcburi köçürdülməsi zamanı Konvensiyanın 8-ci maddəsində müdafiə olunan mənzil hüququnun pozuntusu baş vermişdir, hansı ki, ərizəçilərin sahib olduqları yaşayış yerinə qanunən malik olmaları üçün hər hansı müqavilə və ya mülkiyət hüquqları mövcud deyildi.

Məhkəmə Mentes və digərlərinin iddiası üzrə qərarında ərizəçinin mənzilində qaldığı müddətdə həmin yerin onun mənzili olaraq qəbul edilən olması üçün ərizəçinin həmin mənzilin sahibi olmasının və mənzildə qalmasının daimi olaraq davam etdirməyinin lazım olmadığına açıqlıq gətirmişdir.
Avropa məhkəməsi yurisprudensiyasında qəbul ediləndir ki, Konvensiyanın 8-ci maddəsi şəxsləri mənzilə malik olmaq hüququ ilə təmin etmir və ya kimsənin mənzil problemlərinin hakimiyyət orqanları tərəfindən həlli hüququna malik olduğunu müəyyən etmir. (Champan v Birləşmiş Krallığa qarşı iş). Burada qorunan mənzil hüququ şəxsin müəyyən vaxtda yaşadığı müəyyən yerə olan hüquququdur, hansı ki, şəxsin o yerlə davam edən və fasiləsiz əlaqələri var. (Bukley Birləşmiş Krallığa qarşı iş). Avropa məhkəməsi yurisprudensiyasında mənzil hüququ hər hansı yeri qanunsuz zəbt edərək orada qanunsuz mənzil inşa edən şəxslərə də şamil olunacaq dərəcədə geniş şərh və qəbul edilən bir hüquqdur.
Bukley Birləşmiş Krallığa qarşı işdə Məhkəmə 8-ci maddənin qanuni olmayan mənzillərə tətbiq olunmasını da araşdırma fürsəti əldə etmişdir. Bu iddiada səyahət edən həyat tərzi keçirən ərizəçilərin ailəsi ilə birlikdə sahib olduğu ərazinin üzərindəki avtoqoşquda yaşamağa imkan verən inşaat icazəsi verilməmişdir. Hökümət ərizəçinin 8-ci maddənin əhatə dairəsindəki haqqlarının olduğunu rədd etmişdir. Hökümətin iddialarına görə “yalnız qanunlara uyğun olaraq inşa edilmiş bir mənzil” bu maddənin əhatə dairəsində müdafiə oluna bilər. Lakin, ərizəçi və Məhkəmə qeyd etmişdir ki, Məhkəmənin presedent hüququnda mənzil anlayışının qanunlara uyğun olaraq qurulmuş olmasını göstərən məhdud şərhedici heç bir qayda yoxdur.
Məhkəmə 24 noyabr 1986-cı il tarxili Gillow Birləşmiş Krallığa qarşı iş üzrə qərarında ərizəçilərin daşınmaz əmlakı mənzil olaraq inşa etdiklərinə, daşınmazın sahibi olmağa davam etdiklərini, orada daimi yaşamaq məqsədi ilə qaldıqlarını, Birləşmik Krallıqda başqa evlərinin olmamasına diqqət çəkərək bu məsələdə mübahisəli daşınmaz əmlakl Konvensiyanın 8-ci maddəsi baxımından mənzil hesab etmişdir.

"Qanunla nəzərdə tutulmuş" müdaxilə
Bir müdaxilənin haqq qazandırılan olması üçün, əvvəlcə "qanunla nəzərdə tutulmuş" olması lazımdır. “Sunday Times-Birləşmi Krallığa qarşı iş” üzrə qərarında AİHM, bu ifadənin mənasını açıqlamışdır (26 Aprel 1979, Ardıcıl A Nömrə. 30, s. 30-31, paraqraf 47 və 49): "qanunla nəzərdə tutulmuş" ifadəsində, "qanun" sözü yalnız yazılı deyil, eyni zamanda yazılı olmayan hüququ da əhatə edir. Buna görə Məhkəmə, məhkəməyə hörmətsizliyin presedent hüququnun bir parçası olub qanunvericiliyin tərkib hissəsi olmamasına əhəmiyyət verməməkdədir. Presedent hüququnda təyin olunan bir məhdudlaşdırmanın, yalnız qanunlarda yazılı olmadığı üçün "qanunla nəzərdə tutulmuş" olmadığını iddia etmək, Konvensiyanın məqsədlərinin əksinə olardı; Bu, Konvensiyaya tərəf olan və presedent hüququnun qüvvədə olduğu bir Dövləti 10-cu maddənin 2-ci bəndindəki müdafiəsindən məhrum edər və dövlətin qanuni sisteminin təməlinə zərər verərdi.

Məhkəmənin mövcud olan hakim mövqeyinə görə, "qanunla nəzərdə tutulmuş" ifadəsindən əmələ gələn iki şərt mövcuddur. Birincisi, qanun kifayət qədər əlçatan olmalıdır: müəyyən bir mübahisədə tətbiq edilə biləcək qanunlar barəsində vətəndaşların kifayət qədər məlumatı olmalıdır. İkincisi bu qanunlar vətəndaşların davranışlarını dəqiq tənzimlənməsini təmin edəcək formada dəqiq ifadə edilməmişsə qanun sayıla bilməz. Vətəndaş məqbul qavrayışla müəyyən bir hərəkətinin nəticələrinin nələr ola biləcəyini mövcud şərtlərdə məqbul olabiləcək dərəcədə öncədən görə və müəyyən edə bilmə imkanına malik olmalıdır.

"Qanuni məqsəd"ə istiqamələnmiş müdaxilə
Bir sonrakı şərt müdaxilənin maddənin 2-ci bəndində müəyyən edilən məqsədlərdən birini güdməyə istiqamətlənmiş olmasıdır.
Məhkəmənin yurisprudensiyasına görə, dövlətin icarə qanunvericiliyinin və mənzillərə ədalətli və sərfəli qiymətlərlə çatımlılığı təşviq etməklə bağlı gördüyü tədbirlərin  maksimum sosial ədalətə nail olmaq və yaşamaq yeri hüququnu təmin olunması baxımından qanuni məqsəd kimi qəbul etmişdir. “Mellac və başqaları v Avstriyaya qarşı” işdə bir neçə mənzil sahibi olan ərizəçi icarə haqqlarının qanunla aşağı salınmasının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməsini iddia etsədə, Məhkəmə bu müdaxiləni qanuni və məqsədə uyğun kimi qiymətləndirməklə həm də özünün sosial hüquqlara yaşayış yeri (mənzil) hüququna dair əhəmiyyətli mövqeyini ortaya qoymuşdur.


"Demokratik cəmiyyətdə zəruri"  müdaxilə
Baş verən müdaxilə son bir şərtə də tabe tutulmaqdadır. Bu şərt "zərurət" şərtidir. Zərurətin xüsusi ilə də demokratik bir cəmiyyət məzmununda qiymətləndirilməsinin lazım olduğu üçün bu şərtə əməl edilməsi bir az daha çətindir.
Klass Almaniyaya qarşı iş üzrə qərarında Məhkəmə, bir müdaxilənin zəruri olun-olmadığını araşdırarkən, istifadə etdiyi "demokratik cəmiyyət" anlayışından başa düşülən prinsiplər barədə bəzi şərhlər vermişdir.
Demokratik cəmiyyətlərdəki fundamental prinsiplərdən biri Konvensiyanın giriş bölümündə aydın bir şəkildə ifadə edilən hüququn aliliyidir. Hüququn aliliyinin mənalarından biri də icra hakimiyyəti orqanlarının bir fərdin hüquqlarına etdiyi müdaxilənin müstəqil, tərəfsiz və proseduralara uyğunluğun ən yaxşı təminatı olan məhkəmənin yoxlama/nəzərdən keçirmə mexanizminə tabe olmasıdır.
Həndisayd v Birləşmik Krallığa qarşı iş üzrə qərarında məhkəmə "demokratik cəmiyyət"in əsas xüsusiyyətlərinin iştirakçılıq, höşgörü və açıq fikirlilik olduğunu ifadə etmişdir.

Əvəzi ödənilmə: Kompensasiya

Bundan əlavə, Məhkəmə bəzi işlərdə məcburi köçürdülmələrə məruz qalan şəxslərin yaşayış yeri hüquqlarını şəxsin əmlak və mülkiyyət hüquqlarının toxunulmazlığını müdafiə altına alan Konvensiyanın  1 saylı Protokolunun 1-ci maddəsinin əhatə dairəsinə daxil etmişdir. Avropa Məhkməsi, həmçinin, Akdivar və başqaları Türkiyəyə qarşı işdə də məcburi köçürdülmələrin Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi üzrə pozuntuya səbəb olduğu qənatinə gəlmişdir.
Məhkəmələr istənilən konkret qanunsuz tikili ilə bağlı işdə inzibati orqanlar tərəfindən müdaxilənin güddüyü məqsədləri- şəhər planlama, ətraf mühit, sanitariya, təbii sərvətlərdən istifadə kimi məsələləri dəqiq nəzərdən keçirməyə məruz qoymaqla ədalətli tarazlaşdırmaya nail olmağa çalışmalıdır.
“Stankova Slovakiyaya qarşı” işdə Məhkəmə, hökümət orqanlarının tərəfindən ərizəçiyə alternativ yaşayış yeri verilmədən məcburi köçürdülməsi tədbirini Konvensiyanın 8-ci maddəsi ilə biraraya sığmamıdığı qənaətinə gəlmişdir.

“Marzari v İtaliyaya qarşı” işdə nəzərdən keçirdərək qeyd etmişdir ki, Məhkəmə qeyd etmişdir ki, əgər köçürdülmə şəxsin əhəmiyyətli dərəcədə evsizlik ilə nəticələnəcəksə Məhkəmə bu müdaxilənin bəraitini yaxından nəzərdən keçirdəcəkdir. Avropa məhkəməsi müdaxilənin prosedural təminatlar işığında belə bir müdaxilənin konvensiyanın fərdlərə tanıdığı 8-ci maddəsindəki hüquqları zədələməməsini diqqətlə nəzərdən keçiririr. (Champan v. Birləşmiş Krallığa qarşı)

“Gladysheva v Rusiyaya qarşı” işdə Məhkəmə o nəticəyə gəldi ki, dövlət öz səhvlərinin ağır nəticələrinə qatlanaraq bunu vətəndaşların çiyinlərinin üzərinə qoymamalıdır. Bu mühakimə ilə  Avropa Məhkəməsi dövlətlərə aydın mesaj göndərdi ki, hökümətlər mənzil hüquqlarını xüsusi ilə mənzillərin hüquqlarının müdafiəsini ciddi nəzərə almalıdırlar.

Avropa məhkəməsi bu kimi bir sıra bu kimi məhkəmə işləri üzrə qərarlarında mənzilə hörmət kimi vacib sosial hüquqların Avropa məhkəməsi çətiri altında qoruyucu çətirini gücləndirən vacib və gizli məqamları malikdir. Buna əsaslanaraq, fərdi maraqlara dövlətlərin müdaxiləsi zamanı mənzil hüquqları nəzərə alınmalıdır.

NƏTİCƏ
Beynəlxalq hüquqa görə mənzil milli qanunvericiliklərdən asılı olmayaraq qanunsuz tikililərdə məskunlaşan şəxslər evlərinin icazəsiz və mövcud qanunlara zidd şəkildə tikilməsi səbəbi ilə dövlət və məhkəmə orqanları tərəfindən şəxsi və ailə həyatına, mənzilinə hörmət hüququna, adekvat yaşayış yeri hüququna, və digər sosial hüquqlarına məhəl qoyulmaması ilə üzləşməməlidirlər.
Hüquqi dövlətdə prossesual/prosedur təminatların maddi normalardan daha önəmliliyi ondan ibarətdir ki, onlar maddi normalarda təmin edilən əsas hüquqları qoruma və müdafiə mexanizmləridir, o zaman prosedur təminatların pozuntusu artıq həmin hüquqların reallaşdırılmasını mümkünsüz edərdi.

Avropa Məhkəməsi yurisprundensiyası avropa kimi sərt ətraf mühit və memarlıq qanunvericiliyinin mövcud olduğu məkanda belə xarabalıqlarda, səyyar həyat tərzi keçənlərin məskunlaşdığı avtoqoşquqlarda və digər yaşayış yerlərində məskunlaşmış şəxslərin mənzil hüququnun mövcud olduğunu qəbul etməklə bu hüquqlara hər hansı müdaxiləni qanunla müəyyən edilmiş qaydada nəzərdən keçirilməyə tabe edir və Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsi altında mülkiyyət hüququ kimi olaraq, həmçinin, konvensiyanın 8-ci maddəsi - şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun əhatəsi dairəsində qoruyur.

Bu yaşayış məskənlərinin mövcudluğunu istənilən müddətdə sakin və hərəkətsiz qarşılamış hökümət orqanlarının bu mövqeyini, həmçinin, vətəndaşların haqlı olaraq, həmin mülkiyyətdə uzunmüddətli yerləşməsi və gələcəkdə bu mülkiyyətin qanuniləşdirilmnəsinə olan haqlı gözləntiləri və etimadları qanunla qorunmaqdadır.
Dövlət daha böyük sosial ədalətə nail olmaq və vətəndaşların layiqi həyat səviyyəsinin təmin edilməsi kimi öhdəliklərin daşıyıcısı olaraq, məcburi köçürdülmələr zamanı bu legitim hədəfini gözardı etməməlidir. “Ədalətli tarazlılıq” və “demokratik cəmiyyətdə zərurilik” kimi ölçülərin işığında hüquqi mühakimənin tələblərinə əməl edilməməsinin ciddi hüquqi fəsadları vardır. Dövlət məcburi köçürdülmələr zamanı ədalətli və insan hüquqlarına hörmət kontekstində səmərəli məskunlaşma və reinteqrasiya siyasətini özünün beynəlxalq öhdəliyi olduğunu unutmamalıdır.
Adekvat yaşayış yeri/şəraiti hüququ həmdə buna ehtiyacı olan əhali üçün mənzil və yaşayış yeri əldə etməyə çatımlılığın təmin edilməsi kimi dövlərə üzərinə bir pozitiv öhdəliyi qoymaqdadır. Bununla belə, dövlət qanuni haqqazandırmaları olmadan əhalini yaşadıqları mənzildən zorakı köçürülməsindən qaçmaq üçün bilavasitə neqativ bir öhdəliyə malikdir. Hətta haqq qazandırılan köçürülmələrin də prosedur qarantiyalara uyğunsuz aparılması qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə qanunsuz tikililərin yalnız məhkəmə qərarları əsasində sökülə bilinməsi təsbit oldunuğu halda hökümət orqanlarının mənzilləri ədalətli və effektiv məhkəmə araşdırmasının nəticəsində qəbul olunmuş qərarı olmadan dağıtması insan hüquqları pozuntusunun ən bariz nümunəsidir.
Dövlətin insan hüquqlarına hörmət etmək öhdəliyi məcburi köçürülmə zamanı hərkəsin həm konstitusion həm də konvensiya üzrə tanınan və qorunan hüquqları ilə toqquşmadan çəkinməyi tələb edir.

Məcburi sökülməyə və köçürdülməyə məruz qalmış fərdlərin işləri ilə bağlı məhkəmələr işə baxarkən məhkəmələr və dövlət orqanları mütləq aşağıdakıları nəzərə almalıdırlar:
•    Məcburi köçürdülmələrə məruz qalmış yaşayış yerləri avropa insan hüquqları məhkəməsinin mülkiyyət hüququ üzrə yurisprudensiyası işığında mülkiyyət hüququ kimi qiymətləndirilə bilərmi ?
•    Zorakı köçürdülmələr zamanı fərd səmərəli və effektiv inzibati, mülki hüquqi müdafiə vasitələrinə malik olmuşdurmu?
•    Məcburi köçürdülmələrə səbəb olan inzibati orqanların köçürdülmə iddiası qanuni məqsəd daşıyırmı?
•    Qanuni məqsəd daşıyan müdaxilənin həcmi “demokratik cəmiyyətdə zərurilik” ölçüsünün işığında güdülən məqsədə adekvat bir addımdırmı? ədalətli tarazlılığa riayət olunubmu?
•    qanunsusz tikilinin sökülməsinə dair dövlətin legitim məqsədinin olub olmadığını yaxından nəzərdən keçirtməlidir.


Abbasov E.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...