Ifadə Azadlığının Beynəlxalq hüquqi və milli aspektləri

İfadә azadlığı  demokratik cәmiyyәtin  vacib tәrkib hissəsi olan vә bir çox digər әsas insan hüquqlarının həyata keçirilmәsi üçün zəruri olan beynəlxalq insan hüquqları qanunlarında tәsbit edilmiş әsas insan hüququdur. Bu informasiya vә fikirlәrin sәrbəst mübadilәsi, siyasi seçimlәr haqqında açıq müzakirә və hökumәtin hərәkətlәrinә ictimaiyyət tərәfindәn nәzarәtә imkan yaradan hüquqdur. Azәrbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Tәşkilatı üzvü olaraq, əsas beynәlxalq vә regional insan hüquqları sazişlәrinə qoşularaq ifadә azadlığı hüququna riayәt etmək vә onu mühafizә etmək öhdәliyi daşıyır. İfadə azadlığı bir çox digәr әsas insan hüquqlarının hәyata keçirilmәsi üçün başlıca şәrt olan beynәlxalq insan hüquqları qanununda tәmin edilmiş әsas hüquqdur. İfadә azadlığı fərdlәrәöz fikirlərini ifadә etmәk sәlahiyyәti verir. İfadә azadlığı informasiya vә fikirlərin sərbəst mübadilәsi, siyasi seçimlər haqqında açıq müzakirә, vә hökumətin hərәkətlәrinә ictimaiyyәt tәrəfindәn nәzarətә imkan yaratdığından, demokratik cәmiyyәt üçün çox vacibdir.

 


Universal İnsan Hüquqları Bәyannamәsi (UİHB) özündə  ilk dәfә olaraq ifadә azadlığı hüququnu tәsbit edir və eyniadlı Bəyannamənin 2-ci Maddәsindә aşağıdakılar nəzərdə tutulur: Hәr kәs fikir vә ifadə azadlığı hüququna malikdir; bu hüquqa maneәsiz olaraq öz fikrindә qalma vә hər hansı vasitə ilә vә dövlәt sәrhәdlәrindәn asılı olmayaraq, informasiya və ideyaları axtarmaq, almaq vә yaymaq azadlığı daxildir. UİHB mәcburedici xarakterli saziş olmasa da, 2-ci Maddәsindә müəyyən edilmiş ifadә azadlığı hüququ beynəlxalq adi hüquq norması kimi geniş qәbul edilmişdir, bu isә onun bütün Dövlətlәr üçün mәcburi olmasını ifadə edir.
UİHB-nin 20-ci Maddәsində hәmçinin dinc toplaşma vә birlәşmә hüququ nəzәrdә tutulur.  Maddə 2-dә qeyd edilir ki, hәr kəs heç bir fərqlәndirmə, o cümlәdən siyasi fikir əsasında fərqlәndirmә olmadan UİHB ilә təmin edilən hüquqlara malikdir.
Mülki və Siyasi Hüquqlar Haqqında Beynәlxalq Paktın (MSHBP) Maddәsindә bu anlayış aşağıdakı kimi şәrh edilir:
1. Hər bir insan maneəsiz olaraq öz fikirlərində qalmaq hüququna malikdir.
2. Hәr bir insan öz fikrini sərbəst ifadə etmәk hüququna malikdir; Bu hüquqa hər cür informasiyalara və ideyalara dövlət sәrhәdlərindən asılı olmayaraq şifahi vә ya yazılı şəkildә, mәtbuat vә ya bədii ifadә formaları vasitәsilə və yaxud öz seçiminə uyğun olaraq digәr üsullarla axtarmaq, almaq vә yaymaq hüququ daxildir.
3. Hazırkı maddәnin 2-ci bəndindә nәzәrdә tutulan hüquqlardan istifadə xüsusi öhdəliklәr və xüsusi məsuliyyәti əks etdirir. Buna görә dә o, bəzi mәhdudiyyәtlərlə bağlıdır;
Lakin aşağıdakı məqsәdlәr üçün qoyula bilәn həmin məhdudiyyәtlər qanunla müəyyən edilmәli və zəruri olmalıdır:
a)  başqa şәxslәrin hüquqlarına və ya nüfuzlarına hörmәt edilməsi üçün;
b) dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının və mәnəviyyatının qorunması üçün;
MSHBP hәmçinin Maddә 21 vә Maddә 22-dә dinc toplaşma vә birlәşmә hüququnu konkretləşdirir. Maddә 2-də UİHB-nә uyğun şəkildə ifadə olunmaqla, hər hansı ayrı-seçkilik olmadan hər kəs üçün bütün hüquqlar təmin edilir. Azərbaycan 25 yanvar 2001-ci il tarixindәn Avropa Şurasına (AŞ) üzvlüyü, o cümlədən 2002-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasını (AİHK) ratifikasiya etmәsi vasitəsilә bir sıra mühüm ifadә azadlığı öhdəliklərini götürmüşdür. Müvafiq olaraq, Azәrbaycanın yerli hüquqi sistemi vә fәaliyyәtlәri AİHK ilə uyğun olmalıdır və AİHK-nın təfsir edilməsi və tətbiq edilmәsinin həvalә edildiyi Avropa İnsan Hüquqları Mәhkәmәsinin (AİHM) yurisdiksiyasına tabedir.
AİHM-nin 10-cu Maddəsindә aşağıdakılar müәyyən edilir:
1. Hәr kəs öz fikrini ifadә etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyindә qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tәrəfindәn hәr hansı maneә olmadan və dövlәt sərhədlərindən asılı olmayaraq, məlumat vә ideyaları almaq vә yaymaq azadlığı daxildir. Bu maddә Dövlәtlәrin radio-yayım, televiziya vә kinematoqrafiya müəәssisəlәrinә lisenziya tәləbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilmәsi milli təhlükәsizlik, ərazi bütövlüyü vә ya ictimai asayiş maraqları naminә, iğtişaşın vә ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mәnəviyyatın qorunması üçün, digәr şәxslərin nüfuzu vә hüquqlarının müdafiəsi üçün, gizli əldә edilmiş mәlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakimәsinin nüfuz vә qərәzsizliyini təmin etmək üçün qanunla nәzərdә tutulmuş vә demokratik cәmiyyətdә zәruri olan müəyyən rәsmiyyətə, şәrtlәrә, mәhdudiyyətlərә və ya sanksiyalara mәruz qala
bilər.
AİHK-nın 11-ci Maddəsindә dinc toplaşma vә birləşmәk azadlığı hüququ nəzərdə tutulur. Maddә 14-dә AİHK-da təsbit olunmuş bütün hüquqların hər hansı ayrıseçkilik forması, o cümlәdәn siyasi fikir əsasında olmadan təmin olunması göstәrilmәklә, ayrıseçkilik qadağan edilir.
AİHK-nın ifadə azadlığı üçün tәminatı yalnız əksəriyyət perspektivlərini əks etdirənlәrə deyil, bütün ifadә formalarına aid edilir. Bu cəhətdәn, AİHM öz şәrhində qanunauyğun olmuşdur. Məsәlәn, Hәndisayd Birləşmiş Krallığa qarşı işindә AİHM qeyd edir: İfadә azadlığı (demokratik) cəmiyyətin mühüm prinsiplәrindәn biri, onun tərəәqqisi və həәr bir kәsin inkişafı üçün əsas şərtlərdәn birini tәşkil edir və o, yalnız alçaldıcı olmayan vә ya qәrəzsizlik kimi razılıqla qәbul edilən vә ya hesab edilәn “informasiya” və ya “ideyalara” deyil, hәm də Dövlәti və ya əhalinin hәr hansı tәbəqәsini təhqir edәn, hiddәtləndirәn vә ya narahat edәn informasiya vә ideyalara aid edilir. Plüralizm, tolerantlıq və ya geniş fikirlilik tәlәblәri bunlara aiddir ki, bunlar olmadan heç bir  “demokratik cəmiyyət” ola bilmәz.
İfadə azadlığı hüququna hər hansı məhdudiyyәt ciddi üç hissəli tәhlilә uyğun gəlmәlidir. BMT-nin İnsan Hüquqları Komitəsi və AİHM tәrәfindәn təsdiq edilmiş bu tәhlil hәr hansı mәhdudiyyətin qanunla, qanuni marağı mühafizә etmək məqsədilə təmin edilmәsi vә bu marağın təmin edilməsi üçün vacib olmasını təәlәb edir. Avropada Təhlükəsizlik və Әmәkdaşlıq Təşkilatının (ATӘT) yaradılmasına gətirib çıxaran Avropa Yekun Aktında (Helsinki Yekun Aktı ) Təhlükәsizlik vә Әmәkdaşlıq üzəә Konfransda da həmçinin ifadә azadlığı və digәr əsas insan hüquqlarını təmin edәn mühüm müddəa əks etdirilir.
Azәrbaycan 1992-ci ildəә ATӘT-ə qәbul edilmiş vә Helsinki Yekun Aktını imzalamışdır. Helsinki Yekun Aktında ATӘT-ə Üzv Dövlәtlәrin “insanlara xas olan lәyaqәtdən ortaya çıxan vә onun sərbәst və tam inkişafı üçün zəruri olan mülki, siyasi, iqtisadi, sosial, mədəni və digər hüquqları vә azadlıqlarının effektiv həyata keçirilmәsini inkişaf etdirmәk vә dәstəklәmәk” vә “UİHB-nin məqsədləri vә prinsiplərinә uyğun olaraq hərəkәt etmәk” üçün öhdəlik daşıdığı qeyd edilir.  Həmçinin Azəәrbaycan ifadә azadlığı vә әlaqәdar əsas hüquqlara, o cümlədәn toplaşma və birlәşmə azadlığı hüququna hörmәt vəә onların müdafiəsini təmin etmək üçün beynәlxalq qanunlarla öhdəlik daşıyır.  Bu öhdәliklərdәn başlanğıc götürәrәk, Azərbaycanın Konstitusiyası və Azərbaycanın yerli qanununda ifadə azadlığı vә digər əlaqәdar hüquqlarla bağlı bir çox müddəalar öz әksini tapır. Bunlardan bəzisindә beynəlxalq standartlara uyğun olaraq ifadə azadlığının müdafiәsi nəzәrdә tutulur. Lakin bəzi müddəәalar
bu standartlarla ziddiyyəәt təәşkil edir vəә narahatlığa səәbəәb yaradır. Bu bölmələrdə Azәrbaycanda müvafiq yerli qanun çərçivәsi, əsasәn birbaşa olaraq ifadә azadlığı ilə əlaqədar olan müddəәalar, lakin eyni zamanda bәzən Azәrbaycan mühitində ifadә azadlığını boğmaq üçün istifadә edilən digәr qanunlar haqqında ümumi məlumat verilir.
Konstitusiyada ifadə azadlığının müdafiəsinin nəzərdə tutulduğu bir neçə maddә öz әksini tapır. Məsələn,  Maddә 47-də qeyd edilir:
1. Hər kəsin fikir vә söz azadlığı vardır.
2. Heç kәs öz fikir vә əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə mәcbur edilә bilməz.
Maddә 45-dә hәr kəsin öz ana dilindən istifadə  etmәk hüququnun olduğu göstərilir. Maddə 48-də vicdan azadlığı nəzərdə tutulur və Maddә 49-da sərbәst toplaşma azadlığı tәmin edilir. Maddə 50-dә mәlumat hüququ nәzərdә tutulur və Maddә 51-də yaradıcılıq azadlığı tәmin edilir. Bundan başqa, Maddә 12-dә qeyd edilir ki, Konstitusiyanın bütün müddəaları beynәlxalq hüququn müvafiq müddəalarına uyğun tətbiq edilməlidir. 151-ci Maddәyə әsasәn, yerli vә beynәlxalq qanunlar arasında ziddiyyət yaranarsa, beynәlxalq qanuna üstünlük verilir.
Azərbaycan Respublikasının yerli qanunvericiliyi şəxsi həyatın toxunulmazlığı və ifadə azadlığı haqqında müddəaları əks etdirir. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə əsasən: “Hər kəsin fikir və söz azadlığı vardır.” Eyni zamanda, 50-ci maddə məlumat azadlığını əks etdirir: “Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və  yaymaq azadlığı vardır.” Göründüyü kimi Konstitusiya, düzgün hakimiyyət və qanunun aliliyi ilə idarə olunan cəmiyyətin bünövrəsi olan söz azadlığını təmin edir, amma praktikada söz azadlığını həyata keçirənlər məhz kütləvi informasiya vasitələridir. Buna görə də, söz azadlığına qarşı məhkəmə iddialarının böyük hissəsi kütləvi informasiya vasitələrin tənqidinə məruz qalan məmurlar tərəfindən qaldırılır. Sözü gedən məhkəmə iddialarında şəxsi həyatın toxunulmazlığı hüququ media nümayəndələrinə qarşı qaldırılmış iddia predmetlərinin böyük hissəsini təşkil edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Konstitusiyasında, dünyada “Privacy Rights” kimi tanınan hüquqlar “şəxsi toxunulmazlıq” və ya “şəxsi həyatın toxunulmazlığı” kimi göstərilib. Azərbaycan Respublikasının qanunvericiliyi de jure sözü gedən iki fundamental insan hüquqlarının qorunmasını və həyata keçirilməsini təmin edir.  Amma, konstitusiyada əks olunmuş hüquqların praktik tətbiqinə gəldikdə, hakimiyyət yeni əlavələrlə ifadə azadlığını de fakto sıxır.
Ümumi Prinsip kimi, ifadə azadlığına istənilən məhdudiyyət zərurəti inandırıcı şəkildə əsaslandırılmalıdır. Qəbul edildiyi kimi, bu zaman ilk növbədə, milli hakimiyyət orqanları belə məhdudiyyət üçün “təxirəsalınmaz sosial ehtiyac”ı dəyərləndirməli və bu qiymətləndirməni edərkən bundan müəyyən həddə istifadə etməlidirlər. Eyni zamanda həmin maraq 10-cu maddənin 2-ci paraqrafında göstərildiyi kimi, bu məhdudiyyət təqib olunmanın qanuni məqsədinə uyğundursa, balans gözlənilməkləüstün tutulmalıdır.

 

Həsənova A.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...