Cırtdanın nağılı

Biri var imiş, biri yox imiş, bir qoca qarı var imiş. Bu qarının bir balaca oğlu var imiş.  Bu uşaq o qədər balaca imiş ki, buna Cırtdan deyirlərmiş.
Bir gün Cırtdan gördü ki, qonşunun uşaqları meşəyə odun yığmağa gedirlər. Gəlib anasına deyir ki, ay ana, uşaqlar ilə mən də odun yığmağa gedirəm.
Uşaqlar gedib meşəyə odun toplayırlar və hərə öz odununu götürüb geri qayıtmağa başlayır. Qayıdanda bu uşaqlar yolu azırlar. İki yol arasında qalırlar. Biri it hürən tərəf olur, o biri yol isə işıqlı yol olur. Cırtdan o biri uşaqlara deyir ki, gəlin işıq gələn tərəfə gedək, yoxsa o biri yolnan getsək it bizi yeyər.

 


Uşaqlar Cırtdanın dediyi kimi gedirlər, axırda gedib çıxırlar Divin evinə. Div uşaqları görüb sevinir ki, əcəb yaxşıdı, bu uşaqları məcbur edərəm, dilənərlər, pul yığarlar mənimçün, mən də kasıbçılığın daşını ataram bu yolla. Uşaqlara özünü xeyirxah adam kimi təqdim etmək üçün Div onları yaxşı yedirdib yatırdır. Sonra uşaqların yuxuya getdib getmədiyinə əmin olmaq üçün soruşur ki, kim yatmış, kim oyaq? Cırtdan cavab verir: “Hamı yatmış cırtdan oyaq”. Div yenə də soruşur ki, cırtdan nə üçün oyaq? –Cırtdan cavab verir ki, mən yatmamışdan əvvəl anam mənimçün qayğanaq bişirərdi mən də yeyib yatardım. Div gedib Cırtdan üçün qayğanaq bişirir. Cırtdan qayğanağı yeyir, yenə girir yerinə. Bir az keçir, Div yenə də soruşur: “Kim yatmış, kim oyaq?” Cırtdan cavab verir ki, hamı yatmış, Cırtdan oyaq. Div yenə də soruşur, Cırtdan nə üçün oyaq? Cırtdan cavab verir ki, anam yatmamışdan qabaq gedib çaydan mənə xəlbirnən su gətirərdi. Div Cırtdana deyir ki, ay bala sənin başın xarab olub, yoxsa məni ələ salmısan?! Heç xəlbirnən də su gətirmək olur?! Div Cırtdanın üstünə qışqırır ki, yat! Nə isə, Div Cırtdanı çətinliklə də olsa yuxuya verir.
Səhərisi gün, uşaqlar yuxudan durub, Divdən yemək istəyirlər. Div onlara deyir ki, yeməyə heç nə yoxdur. Gedin, dilənin, qəpik-quruş qazanın, evimizə bazarlıq edək. Uşaqlar qorxudan ağlamağa başlayırlar və Divə deyirlər ki, yox, Div əmi, biz dilənə bilmərik, bizi evdə ata-anamız gözləyir, biz dərsə getməliyik, dərs oxumalıyıq ki, böyüyəndə bir sənət sahibi olaq, burax bizi və bizə yolu göstər, çıxaq gedək evə. Div görür ki, uşaqları sözlə başa sala bilməyəcək. Bir-bir hamısını döyür və onlara xəbərdarlıq edir ki, birdən dilənəndə çaşıb kiməsə mənim adımı verərsiniz haa, onda sizin qanınız getdi, başınıza oyun açaram.
Div uşaqları qorxuda-qorxuda bir neçə ay məcburi diləndirir. Uşaqların hamısı Divdən bərk qorxur, onu görəndə tir-tir əsir, onun dediklərinə əməl edirlər. Amma, Cırtdan bu uşaqlardan daha çoxbilmiş olduğuna görə, vəziyyətdən çıxış yolu axtarır və bir gün Div iş dalınca gedəndə Cırtdan uşaqları başına toplayıb deyir ki, nə olsun ki, biz uşağıq, bizi heç kəs döyə, söyə, incidə bilməz, bizim də hüquqlarımız var, necə olursa olsun, biz bu Divin əlindən qurtulmalıyıq.
Günlərin bir günü, Cırtdan dilənəndə bir qadına rast gəlir və qadından soruşur ki, ay xala, polis əminin yerini bilirsən? Qadın soruşur ki, ay bala sən polis əmini neynirsən? Cırtdan Divin onu və dostlarını döydüklərini və polis əminin yerini bunun üçün soruşduğunu deyir.
Qadın vəziyyəti başa düşür və Cırtdana kömək etmək qərarına gəlir. Cırtdanı götürüb aparır polisin yanına və Cırtdan hər şeyi olduğu kimi polisə danışır.  Polis o biri polis yoldaşları ilə hazırlanıb Divin yaşadığı yerə yollanırlar və Divi tuturlar.
Bununla da, Cırtdan və onun dostları Divin əlindən qurtulurlar və əvvəlki kimi həyatlarına davam edirlər.

 

Rəşad V.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...