Hüquqlarımı bilsəydim belə olmazdı

İlk öncə bu iyrənc və heç kimə arzulamadığın işə başlayanda 17 yaşım vardı. Aldadıldım. Savadsız, cahil olmağımdan istifadə etdilər. Nə biləydim ki, sonum belə olacaq. Sevginin gözü kor olur düz deyirlər. Onun 26 yaşı vardı. Yolda tanış olduq. Məni sevdiyini, mənsiz yaşaya bilməyəcəyini, bir könüldən min könülə vurulduğunu bildirərək dalımca sürünürdü. Anam, atama qulaq asmadım qoşulub onunla qaçdım. Axı nə biləydim! Qaçdıqdan sonra onun dostlarının köməkliyi ilə guya toy edib evləndik. Nə biləydim ki, bu dostlar bu qurma oyunun aktyorları, rejissorlarıdır. Axı o yaşda mən kimi tanıya bilərdim.

 

Aldandım, aldadıldım, hüquqlarımı bilmədim, bu cirkin oyunun qurbanı oldum. Bal ayına gedirik deyərək məni Dubaya apardı. Daş düşəydi həmin o günə ki, mən onu tanıdım, ona inanıb onu sevdim. Hər şey ora çatandan sonra başladı pasportumu əlimdən alıb bir otelə yerləşdirildim. Niyə belə olduğunu anlamırdım. Birinci gün məcbur edilərək, əl ayağım bağlanıldıqdan sonra tanımadığım bir insan tərəfindən təcavüz edildim. Çox iyrənc bir mənzərədir. Sevirəm dediyim o insanın bunun qarşılığında pul aldığını gördüm və bu an satıldığımı anladım. Sözün əsl mənasında satıldım. Bir heyvan necə satıla bilərsə elə o cür satıldım. Həmin andan sonra özümə nifrət etməyə, özümdən iyrənməyə başladım. Hər gün gündüzlər qapalı bir yerdə qaranlıqda saxlanılır, gecələr isə heyvan kimi tanımadığım bir insana satılırdım. O günlərə qayıtmaq istəyirdim. Anamın, atamın, dostlarımın ətrafına, o pak, təmiz günlərə qayıtmaq istəyirdim. Nə edə bilərdim, bilmirdim. Bir gün yerimi dəyişib mənim kimi müxtəlif yollarla aldadılıb bura gətirilən qadınların yanına atıldım. Bəziləri işləmək, bəziləri alver etmək, bəziləri imkansızlıqdan bilərəkdən bu yola əl atdıqlarını söyləyirdilər. Yeganə bu tərzdə aldadılan mən idim. İnana bilmirdim. Həmişə elə düşünürdüm ki, belə insanlar (hal-hazırda özüm də həmin insanlardan biriyəm.) öz istəkləri və ya imkansızlıqdan bu yola əl atırlar. Heç vaxt inana bilməzdim ki, kütləvi şəkildə insan alverinin ilə məşğul olmaq olar. Bu bir biznes növüdür. Gəlir gətirir. İnsanlar satılır. Əvəzində gəlir əldə edilir. Bəzən qadınları harasa aparır üzərində əməliyyat edir, yenidən bizim yanımıza qaytarırdılar. Daha sonra öyrəndim ki, insan alverini yalnız cinsi əlaqə ilə kifayətləndirməyib, orqanların satışı ilə məşğul olurlar. Bax bundan sonra daha çox qorxmağa və burdan qaçmağa çalışdım və buna nail oldum. Dövlət orqanlarına müraciət edib kömək istədim və vətənimə geri qayıtdım.
Atamı, anamı qınayıram. Soruşsanız niyə deyərəm. Mənim bir uşaq kimi bu kimi hadisələr barədə informasiya almaq, bu kimi məsələləri araşdırmaq hüququm olduğu halda valideynlərim məni bu kimi informasiyalardan uzaq tutaraq mənə yaxşılıq etmək, məni təmiz, saf saxlamaq istədikləri əvəzinə mənə pislik edib, məni uçuruma yuvarlanmama səbəb oldular. Bu kimi əməlləri bilsəydim bəlkə də həyatım bu qədər bərbad olmazdı. Məni dinləmədilər, fikrimi ifadə etməyə imkan vermədilər. Bəlkə də mənim fikrimi dinləsəydilər, fikirlərimə hörmət etsəydilər belə olmazdı. Hər şey ailədəki hüquqlarımın məhdudlaşdırılmasından başladı. Buna görə valideynlərə səslənərək bildirmək istəyirəm ki, uşaqlarınızın hüquqlarını pozmayın, onların:
•    Yaşamaq;
•    Təhsil almaq;
•    Öz fikrini sərbəst ifadə etmək;
•    İnformasiya əldə etmək;
•    Müdafiə edilmək və kömək almaq;
•    İstirahət və asudə vaxtını keçirmək;
•    Seksual istismarın və seksual yola çəkmənin bütün formalarından müdafiə olunmaq hüququ var.

Uşaqlara hüquqlarını öyrədin ki, təhlükəsiz təhlükəsiz şəraitdə yaşaya bilsinlər.

 

Əsgərova Ü.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...