Remedium HM-nın sədri FİDİC müqavilələri ilə bağlı təlimdə iştirak etdi.

Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev 2014-cü ilin mart ayının 19 - 21 tarixlərində İngiltərənin London şəhərində keçirilən FİDİC (İnternational Federation of Consulting Engineers) təlimlərində iştirak etmişdir. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirak etdiyi təlim böyük marağa səbəb olub.

Təlim Çin Beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyası və Dubay Beynəlxalq Arbitraj Mərkəzinin arbitraj panelinin və İngiltərə vəkillər kollegiyasının üzvü, London Universitetinin müəllimi William Godwin tərəfindən keçirilmişdir. Təlimin əsas mövzusu Qızılı (Design-Build-Operate) və Gümüşü (EPC/Turnkey) FİDİC kitablarının praktiki istifadəsi ilə bağlı olub. Təlimdə əsas diqqət daha çox istifadə edilən EPC/Turnkey müqavilələrinə yönəldilmiş, müqavilələrin kiçik detalları xüsusilə təlim iştirakçılarının nəzərinə çatdırılmışdır. İnteraktiv şəkildə keçirilmiş təlim iştirakçıların FİDİC sahəsi ilə bağlı bir sıra vacib və əhəmiyyətli məlumatlara yiyələnmələrinə kömək olmuşdur.

Qeyd edək ki, Remedium Hüquq Mərkəzinin sədri həmçinin Sarı (Plant and Design-Build) və Qırmızı (Construction) FİDİC kitablarının praktiki istifadə qaydası ilə bağlı təlimdə iştirak edib.

Sonda təlimdə iştirak edən bütün iştirakçılara sertifikatlar verilmişdir.
Remedium Hüquq Mərkəzi
Mətbuat Xidməti

Comments:

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...

06.05.2014

İxtisar aparılan müəssisədə işçilərin hüquqları

Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev Huquq.tv-də "Müəssisədə işçilərin sayı azaldılarkən və ştatlar ixtis...