Warning: include(/home/remedium/public_html/plugins/joomfish/defines.php) [function.include]: failed to open stream: No such file or directory in /home/remedium/public_html/index.php on line 3

Warning: include() [function.include]: Failed opening '/home/remedium/public_html/plugins/joomfish/defines.php' for inclusion (include_path='.:/usr/lib/php:/usr/local/lib/php') in /home/remedium/public_html/index.php on line 3

Warning: session_start() [function.session-start]: Cannot send session cookie - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/libraries/joomla/session/session.php on line 423

Warning: session_start() [function.session-start]: Cannot send session cache limiter - headers already sent (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/libraries/joomla/session/session.php on line 423

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/libraries/joomla/session/session.php on line 426

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/plugins/system/jfrouter.php on line 316

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/plugins/system/jfrouter.php on line 317

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/remedium/public_html/index.php:3) in /home/remedium/public_html/plugins/system/jfrouter.php on line 318
Miqrasiya Məcəlləsi ilə Əmək Məcəlləsi arasında ziddiyyət var?
Miqrasiya Məcəlləsi ilə Əmək Məcəlləsi arasında ziddiyyət var?

Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə xarici hüquqi şəxsin baş ofisindən uzun müddətli (90 gündən çox) ezamiyyətə göndərilən işçilərlə iş icazəsi alındıqdan sonra əmək müqavilələrinin kiminlə (filial yoxsa baş ofis) və hansı ölkənin qanunvericiliyinə əsasən bağlanılması məqamında Əmək Məcəlləsi ilə ziddiyyət təşkil etdiyi fikirləri hələ də səslənməkdədir. Əslində Miqrasiya Məcəlləsi qüvvəyə minməklə bir çox məqamlara aydınlıq gətirərək Əmək Məcəlləsi ilə bir birini tamamladı.

Belə ki, Miqrasiya Məcəlləsinin məqsədi:

  • əmək müqaviləsinin harada bağlanılmasını deyil hansı müddətə bağlanılmasını;
  • miqrantın iş icazəsi aldıqdan sonra əmək funksiyasına başlamalı olduğunu və bunun müddətini müəyyən etməkdir.

Əmək Məcəlləsinin məqsədi isə işçi ilə işəgötürən arasında yaranan hüquq və öhdəliklərin tənzimlənməsi, işçinin hüquqlarının qorunmasıdır. Əmək müqaviləsinin bağlanılmasının məcburi olmasının səbəbi bu məqsədə nail olmanın asanlaşdırılmasıdır.

Miqrasiya Məcəlləsinin aşağıda qeyd edilən maddələrinə əsasən:

 

63.2. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar.

Bu maddə əmək müqaviləsini bağlanılmalı olduğunu vurğulamır (bu birbaşa əmək qanunvericiliyinin müəyyən etdiyi tələbdir, miqrasiya qanunvericiliyi ora müdaxilə edə bilməz), iş icazəsinin alınmasının məcburi olduğunu göstərir.

63.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.

Bu maddə əmək münasibətlərinin yaranmasını iş icazəsinin alınması ilə şərtləndirir (ƏM-nin 13.4 maddəsi də bunu tələb edir.).

63.5. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə (ƏM 13.4) əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir.

Bu maddə birbaşa əmək müqaviləsinin kiminlə və hansı müddətə bağlanılmalı olduğunu müəyyən edir. Məqsəd əmək müqaviləsinin iş icazəsinin sahibi olan işəgötürənlə bağlanılmasını və əmək müqaviləsinin iş icazəsinin qüvvəyə mindiyi müddətdən əvvəlki vaxtdan və daha uzun müddətə bağlanılmasının qarşısını almaqdır.

Beləki əmək müqaviləsinin bağlanılması işçi üçün öhdəliklər yaradır və iş icazəsi alınmadan əmək müqaviləsinin bağlanılması işçinin qeyri-qanuni işə cəlb olunması kimi qəbul edilir.

Miqrasiya Məcəlləsi ümumilikdə əmək müqaviləsinin hansı ölkədə bağlanılmasını və ya hansı ölkənin qanununun tətbiq olunmalı olduğunu müəyyən etmir və edə də bilməz (Hər iki məcəllənin sərhədləri açıq aşkar müəyyən edilib.). Məsələn xarici hüquqi şəxsin baş ofisindən filiala göndərilən işçi üçün iş icazəsi alınırsa:

  • filial baş ofisin iş yeri sayıldığı və həmin işçinin əmək müqaviləsi olduğu (nə miqrasiya, nə də əmək qanunvericiliyi bunu məhdudlaşdırmır) üçün Azərbaycan Respublikasında yerinə yetirəcəyi işlərlə bağlı məsələləri tənzimləmək məqsədilə əlavə razılaşma bağlanıla bilər (iş icazəsinin müddətinə);
  • həmin işçi ilə işəgötürən arasında yaranan münasibətə işçinin vətəndaşı olduğu və baş ofisin fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyi tətbiq edilə bilər (ƏM 6-cı maddəsi buna icazə verir).

Yuxarıda qeyd edilənləri nəzərə alaraq deyə bilərik ki, bu iki məcəllə arasında heç bir ziddiyyət yoxdur, onlar bir birini tamamlayır və biri digərinin sahəsinə müdaxilə etmir.


Hazırladı:

Remedium HM-nin sədri

Əli Əliyev

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...

06.05.2014

İxtisar aparılan müəssisədə işçilərin hüquqları

Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev Huquq.tv-də "Müəssisədə işçilərin sayı azaldılarkən və ştatlar ixtis...