Hüquq Klinikası

Remedium Hüquq Klinikası

Remedium Hüquq Mərkəzinin əsas məqsədlərindən biri vətəndaşların hüquqlarının qorunması üçün maarifləndirici tədbirlər keçirmək və birbaşa hüquqları pozulmuş aztəminatlı ailələrin hüquqlarını müdafiə etməklə bağlı işlər görməkdir. Bu fəaliyyəti daha səmərəli, keyfiyyətli və düzgün təşkil edilməsi məqsədilə Remedium Hüquq Mərkəzinin tərkibində Hüquq Klinkası yaradıldı. Hüquq Klinkası fəaliyyətə başlayarkən qarşısına qoyulan əsas vəzifələr aşağıdakı kimi müəyyən edildi:

  • hüquq fakültəsi tələbələrini Hüquq Klinkasının fəaliyyətinə cəlb etməklə onların praktiki biliklərini artıraraq bu sahədə yeni kadrların yetişməsinə təkan vermək;
  • Remedium Hüquq Mərkəzinə ünvalanan sualları cavablandırmaqla insanları maarifləndirmək;
  • Cəmiyyətdə bir çox məsələlər barədə hüquqi məlumatın az olması ilə əlaqədar yaranan problemlər barədə araşdırma həyata keçirərək maarifləndirici məqalələr hazırlamaq.

Hüquq Klinikasının qarşısına qoyulan vəzifələrin düzgün və keyfiyyətli yerinə yetirilməsi məqsədilə təsisçilərin 09.07.2012-ci il tarixli qərarına əsasən Faiq Nizami oğlu Kazımov Hüquq Klinikasının koordinatoru seçilmişdir.

 

Hüquq Klinikasının koordinatoru Faiq Kazımov:

1985-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunda anadan olub. Ailəlidir. 2003-cü ildə Qafqaz Universitetinin Hüquq Fakültəsinin Beynəlxalq Hüquq Bölümünə daxil olub.  2008-ci ildə Qafqaz Universitetinin Hüquq Fakültəsinin məzunu olub və beynəlxalq hüquqşünas ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi alıb.

2005-2008-ci illərdə Qafqaz Universitetinin Hüquq Klinikasında koordinator və hüquqşünas kimi fəaliyyət göstərib.

Ali təhsil aldığı müddətdə bir neçə rayon məhkəməsində, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində təcrübə keçmiş və Hüquq Maarifçiliyi Cəmiyyəti (HMC), Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropada və Avrasiyada Hüquq Təşəbbüsü (ABA/CEELI), Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) tərəfindən keçirilən bir çox treninq və seminarların fəal iştirakçısı olmuşdur.

Əmək hüququ, müqavilələr hüququ, sığorta hüququ və beynəlxalq hüquq sahələri üzrə ixtisaslaşıb. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün müvafiq icazələrin, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əməkçi miqrantlara fərdi icazələrin alınması və  miqrasiya sahəsində yarana biləcək digər məsələlər üzrə böyük təcrübəsi vardır.

2009-cu ildən “ANS Şirkətlər Qrupu” MMC-nin fəaliyyət dairəsinə daxil olan Şirkətlərin əksəriyyətində hüquqşünas, 2011-ci ilin noyabr ayından isə “ANS” televiziya kanalında hüquq departamentinin rəisi vəzifəsində çalışıb.

 

Hüquq Klinikasının fəal iştirakçıları:

Elvin Hüseynov 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Nizami rayonu 210 saylı orta məktəbə daxil olub və 2003-cü ildə bitirmişdir. 2003-cü ildə Qafqaz universitetinin Hüquq fakültəsinin Beynəlxalq Hüquq Bölümünə daxil olaraq 2008-ci ildə bitirmişdir. Qafqaz Universitetinin Hüquq Klinikasının fəal iştirakçılarından biri olaraq hüquq məsləhətçisi kimi çalışmışdır. Təhsil aldığı müddətdə bir neçə rayon məhkəmələrində, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində, Notariat idarələrində təcrübə keçmiş, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) tərəfindən keçirilən bir çox treninq və seminarların fəal iştirakçısı olmuşdur. Universiteti bitirdikdən sonra 2009-2012-ci il tarixlərində məhkəmə sistemində çalışmağa başlamış və hal hazırda özəl şirkətlərin birində hüquqşünas olaraq çalışır.

 

Fərqanə Qasımova 1988-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir. 2005-2010 cu illərdə Qafqaz Universitetinin Beynəlxalq Hüquq bölməsində Beynəlxalq Hüquqşunas ixtisasına yiyələnib.

Təhsilini davam etdirərkən bir sıra Məhkəmə çəkişmələrində nümayəndə qismində fəaliyyət göstərmiş. Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropada və Avrasiyada Hüquq Təşəbbüsü (ABA/CEELI) , ATƏTin Bakı ofisi, UNİCEF tərəfindən keçirilən bir çox treninq və seminarların fəal iştirakçısı olmuşdur. QHT sektorunda “İnsan haqqları və müdafiəsi üzrə”, “inzibati məhkəmələrdə monitorinq”, “əlilliyi olan şəxslərin hüquqları” və bir çox başqa layihələrdə layihə asistantı kimi fəaliyyət göstərib.

2012-ci il iyun ayından özəl şirkətlərin birində hüquqşünas olaraq çalışır.

 

Xeyirxəbərli Qiyafət Yaqub qızı 2 sentyabr 1992-ci ildə Gürcüstan Respublikasının Saqareco rayonunda anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və hal hazırda hüquq fakültəsinin 3-cü kurs tələbəsi olaraq təhsilini davam etdirir. ABA CEEL-nin təşkil etdiyi “Nikah müqaviləsi”, "Sağlamlığın qorunması hüququ”, "Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət qaydaları və şərtləri”, "Məhkəmədə vəkillik bacarıqları” adlı təlimlərdə iştirak etib. "Sosial məzuniyyətlər və ödənişlər" və "Yaşayış sahəsindən istifadə hüququna görə kompensasiyanın verilməsi" adlı məqalələrin müəllifidir.

 


Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...